Ötən ay Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 70 milyon dolları ötüb

Ötən ay Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 70 milyon dolları ötüb

Yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon dollar təşkil edib.

ARANTV.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.

İcmal məlumatlarına əsasən, həmin dövrdə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon dollar olub.