Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı araşdırma aparılır.