Bakıda 61 yaşlı kişi “Sevgililər” parkında qışqırdı, həbs edildi

Bakıda 61 yaşlı kişi “Sevgililər” parkında qışqırdı, həbs edildi

Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkında ucadan qışqıran şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, 1963-cü ildə Gəncə şəhərində anadan olmuş Afdandil Səfərov (ad-soyad şərti) əsəbi olduğu üçün “Sevgililər” parkında ucadan qışqıraraq, söyüş söyüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən 61 yaşlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.