Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nizami və Füzuli ərəb dilində: Qətər Milli Kitabxanasında bir sıra tədbirlər keçirildi – FOTO

By Vüsal Rafiqoğlu
23.02.2024 3 Min Read

Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib.

“Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib.

ARANTV.AZ-ın məlumatına görə, tədbirdə çıxış edən Qətər dövlət naziri və Milli Kitabxananın prezidenti Həməd bin Əbdüləziz Əl Kuvari ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi dəyərləndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli də öz növbəsində Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində göstərdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Taniyə minnətdarlığını bildirib.

“Ölkələrimizin başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri Azərbaycan ilə Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Siyasi və iqtisadi sahədə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığı inkişaf etdirməliyik. Ölkələrimizin zəngin mədəniyyətinin qarşılıqlı şəkildə populyarlaşmasına töhfə verəcək layihələr həyata keçirilməlidir”, – deyə nazir qeyd edib.

Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd olunur.

“Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır. Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbirin ilk dəfə ölkəmizdən kənarda, Qətər Milli Kitabxanasında keçirilməsi böyük və rəmzi əhəmiyyət daşıyır”, – deyə Adil Kərimli vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov da çıxış edib və iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” adlı kitabından danışıb.

“XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dahi şəxsiyyətlərdən biridir. “Böyük Azərbaycan şairi Nizami” kitabı bir neçə dilə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcüməsi bütün ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkiri ilə daha yaxından tanış olmasına töhfə verəcək”, – deyə o qeyd edib.

Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Sonra məclisi-üns baş tutub.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıb, onun türk-İslam dünyasında ədəbi fikrə təsirindən bəhs edib.

Məclisi-üns üslubunda keçirilən tədbir ictimaiyyətdə xüsusi marağa səbəb olub. Tanınmış musiqiçilər – xanəndə Babək Niftəliyev və Aytən Məhərrəmova, tarzən İbrahim Babayev, ud ifaçısı İdris Hüseynov və kamança ifaçısı Elnur Mikayılov “Leyli” və “Məcnun” operasından parçalar ifa ediblər. İlqar Fəhminin qiraətində Füzulinin qəzəlləri ərəb dilində səsləndirilib.

Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sumqayıtda dəmir yolu stansiyasında saxlanılan silahlı şəxsdən narkotik də götürülüb

Next

Bakıda ayaqqabı mağazasında yanğın – VİDEO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv