Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Erkən nikah problemi – valideynlər qızlarından niyə “bezir”…

By Vüsal Rafiqoğlu
29.02.2024 5 Min Read

Nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi təklif olunur 

Son 10 gündə bir neçə erkən nikahın qarşısı alınıb. Maştağada, Abşeronda və Naxçıvanda azyaşlı qızların ərə verilməsi barədə məlumatlar daxil olub, mərasimlərin qarşısı alınıb. Naxçıvanda qaçırılmış yetkinlik yaşına çatmayan qız uyğun söhbət aparılaraq ailəsinin yanına qaytarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib ki,  ötən il erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq aparılıb – ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.

İctimaiyyət narahatdır. Rəsmi məlumatlara, ziyalıların çağırışına baxmayaraq, hələ da erkən nikahların qarşısını almaq mümkün deyil. Səbəblər və onların aradan qaldırılması ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a şərh verib. O qeyd edib ki, 2011-ci ilə qədər vəziyyət daha acınacaqlı olub: “Nikah yaşı ilə bağlı dəyişiklik edildikdən sonra erkən nikahların sayı azalmağa başladı. Buna baxmayaraq, 17 yaşda istisna hallarda evliliyə icazə veriməsindən bəzi “valideynlər” və yerli icra strukturları sui-istifadə edirlər. Bunun qarşısını almaq AQUPDK 17 yaşın istisna hal kimi ləğv edilməsi təklifini dəstəkləyirəm. Bəzi “valideynlər” isə qızlarını hətta daha erkən yaşda nişanlayırlar. Məsələnin üstü açılanda isə deyirlər ki, biz evləndirmirik, sadəcə, üzük taxılıb. Mən istərdim ki, adaxlanma, nişanlanma da hüquqi məsuliyyət yaratsın. 12-14 yaşında qız uşağı çox şeyi dərk etmir, o necə evlilik haqqında düşünə bilər? Fizioloji dəyişikliklər uşaqların ailə qurmağa hazır olduğunun göstəricisi ola bilməz. Cahillik bir kənara, qanunvericiliyə də dəyişiklik edilməlidir. Müşahidələr göstərir ki, oğlanlardan daha çox qız uşaqları erkən nikaha cəlb edilir. Valideynlər arasında hüquqi maarifləndirmə aparılmalıdır. Erkən nikaha cəlb edilənlər arasında boşanma halları daha çoxdur. Boşandıqdan sonra təhsili olmayanlar əmək bazarında özünə yer tapa bilmir. Bu da onların insan alveri qurbanına çevrilməsinə gətirib çıxarır. Bundan başqa, ana ölümləri statistikasında da erkən yaşda evləndirilənlərin sayı daha çoxdur”.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev 

Ekspert qeyd edib ki, erkən nikahlar daha çox bölgələrdə qeydə alınır. Bunun əsasə səbəbi də stereotiplərdir: “Qız övladının bəlli yaşı keçdikdən sonra ailə qurmamaq ehtimalı insanları qorxudur. Çünki əmək qabiliyyətli yaşda olan oğlanlar paytaxta, yaxud xarici ölkələrə üz tuturlar. Təhsildən kənarda qalan qızlar isə rayonda, kənddə qalmağa məcburdurlar. Belə olan halda, ailələr “uyğun namizəd” olan kimi qızlarını bəzən erkən nikaha belə cəlb etməkdən çəkinmirlər. Çox zaman 9-cu sinifdən sonra qızlar təhsildən kənarlaşdırılır. Hətta o yaşa qədər onları artıq ailə qurmağa hazırlayırlar. Bunun qarşısını almaq üçün valideynlərlə iş aparmaq lazımdır. Orta məktəblərdə oxuyan qız uşaqları ilə də işləmək lazımdır. İlk növbədə öz həyatını qurmaq, daha sonra ailə həyatı qurmaq barədə düşünməlidirlər. Uşaqların təhsildən yayındırılması və müəyyən işlərə cəlb edilməsi halları isə uşaq əməyinin istismarıdır. Bu baxımdan Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək yaşına çatmayan uşaqların əməyə cəlb olunması ilə bağlı monitorinq aparılması məqsədəuyğun olar”.

Ü.Şəfiyev eyni zamanda orta məktəblərdə icbari təhsilin 11-ci sinfə qədər davam etməsini təklif edir: “Həmçinin məktəblərdə tanınmış xanımlarla görüşlərin təşkil edilməsi də faydalı ola bilər. Bölgələrdə yaşayan qızlar təhsilli, cəmiyyətdə özünə mövqe qazanmış xanımları özlərinə kumir seçə bilərlər. Bəzi iş adamları aztəminatlı ailələrdən olan qız uşaqlarını təhsilə cəlb edir, ali təhsil üçün təqaüd almalarını təmin edirlər. Belə iş adamlarının sayı nə qədər çox olsa, o qədər yaxşı olar. Məktəblərdə ailə dəyərləri fənni tədris olunmalıdır. O cümlədən məcburən erkən nikaha cəlb edilənlərin müraciət edəcəyi müstəqil işlək struktur olmalıdır. Bundan başqa, uşaqları məcburi erkən nikaha cəlb edənlər hüquqi məsuliyyət daşımalıdırlar”.

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Deputatı Fazil Mustafa “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, erkən nikaha daxil olan qızların toyu üçün restoran sahiblərinin cəzalandırılması erkən nikahla mübarizə üsullarından biri ola bilər: “Bu toyun təşkilində kimin iştirakı varsa, onlar da məsuliyyətə cəlb olunmalıdır”.

“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Taliyə İbrahimova həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: “Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”.

“Bizə məlumat daxil olanda dərhal ona reaksiya veririk. Məsələn, toy şənliyi və ya nişan mərasimi keçirmək istəyirlər, bu zaman onlarla profilaktik söhbətlər aparırıq, erkən nikahın acı nəticələri barədə məlumat veririk”.

Ötən il DİN-ə erkən nikahla bağlı 50 müraciət daxil olub, 20 cinayət işi  başlanıb

 Emin Nəsirli 

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, 2023-cü il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb: “Erkən nikahın acı nəticələri çoxdur – hamiləlik nəticəsində ölümə səbəb olur, evlilikdən sonra psixi və cinsi zorakılıq tətbiq olunur. Əksər hallarda toy sahibi toyu dayandırır, amma bunun üçün hansısa cəza tədbiri nəzərdə tutulmadığına görə məsuliyyət nəzərdə tutulmur. 16 yaşdan 18 yaşa qədər əgər öz razılıqları ilə ailə həyatı qurulursa, bununla bağlı məsuliyyət nəzərdə tutulmayıb. Amma bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi ilə tanış olduq. Layihədə göstərilir ki, həmin şənliklərin keçirilməsi ilə də bağlı Cinayət Məcəlləsinin 176.1 maddəsinə 176.2 əlavə təklif olunub. Burada həmin şənliklərin keçirilməsinə görə məsuliyyət nəzərdə tutulur.

Ailə Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, nikaha daxilolma yaşı 18-dir. İstisna hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 17 yaşa endirilə bilir. Lakin 16 yaşdan 18 yaşa qədər nikah bağlandığı halda hazırda bunu tənzimləyən norma yoxdir. Bununla bağlı təkliflər verilib, əlavə dəyişikliklər olmalıdır”.

“Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir”.

Bunu isə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bildirib: “Bu problem təbii ki, bizi də çox narahat edir. Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən, müvafiq qanun layihələri və digər normativ hüquqi aktlara təkliflər hazırlanıb. Məqsədimiz bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı – birləşmə nə vəd edir…

Next

11-cilər və valideynlər üçün gərgin dövr – psixoloq məsləhəti

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv