Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Təhsildəki topdağıtmaz şəbəkə – nazirdən SOS

By Vüsal Rafiqoğlu
01.03.2024 4 Min Read

Əgər sağlam gələcək, sanballı, sivil cəmiyyət qurmaq istəyiriksə, bir an öncə təhsil sistemində sağlamlaşma prosesi başlamalıdır. Yüksək elmi, iqtisadi, tibbi, sosial inkişaf istəyiriksə, yenə də təhsilimizi uzun illərdən bəri düşdüyü, salındığı böhran vəziyyətindən xilas etməliyik. Prosesə haradan başlamalıyıq, necə başlamalıyıq, ilk addım nə olmalıdır, bunu ciddi şəkildə araşdırmaq və mərhələli işlərə start verməliyik. Bu kontekstdə elm və təhsil naziri Emin Əmrullayevin fevralın 29-da verdiyi açıqlamalar çox düşündürücüdür.

Cənab nazir təhsildəki, elmdəki neqativləri və bunların vəhdət halında problem olmasını şübhəsiz ki, yaxşı bilir və təklifləri, iradları da buna yönəlib:

*Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib: “Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək. Ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır”;

*Hörmətli Emin müəllim bildirib ki, Azərbaycanın elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir. Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik”;

*Nazir təklif edib ki, gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun. O, gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb: “Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır. Biz qəbul etməliyik ki, Azərbaycan elminin dünyada qəbul olunmamasının əsas səbəblərindən biri hissələrə bölünməsidir. Yəni elm istiqamətində çoxlu sayda qurumların olması vahid elmi mühitin olmaması deməkdir”;

*Nazir elmi-tədqiqat laboratoriyaların qurulmasının vacibliyindən danışıb: “Təhsil naziri olduqdan bu yana müşahidə etmişəm ki, bizdə elə labarotoriyalar var ki, 1970-ci illərdə qurulub. Ola bilər, o zaman vacib olsun, yaxşı fikir olsun, amma indi onlara ehtiyac yoxdur. Bizi sanki o labarotoriyaları ləğv etmək qorxudur. Niyə qorxuruq? Səmimi deyim, şəxsən mən bilmirəm”…

Açığı, elmlə bağlı problemlərin qısa zamanda həll olunacağını düşünmək sadəlövhlük olar. Çünki elmi tərəqqiyə nail olmaq üçün təhsil sistemini inkişaf etdirmək, normal vəziyyətə gətirmək birinci şərtdir.

Nazir təhsillə bağlı xeyli problemləri qabardıb və əksərində haqlıdır. Məsələn, deyir ki, repetitorluq ciddi problemdir. O, bəyan edib ki, orta məktəb müəllimlərinin repetitorluğunun qarşısını alınacaq…

Hamımızı narahat edən və çıxış yolunu birgə tapmalı olduğumuz məsələdir. Bu gün Azərbaycanda vəziyyət belədir: hazırda məktəbdə verilən təhsillə nəinki ali məktəbə daxil olmaq, elm dalınca getmək mümkündür, heç texnikuma daxil olmaq mümkün deyil. Günahkar axtarsaq, gərək gedək çıxaq 20-30 il əvvələ, analiz edə-edə gələk. Artıq oturuşmuş bir repetitor-məktəb-valideyn-şagird sistemi (topdağıtmaz şəbəkəsi) var ki, onu dağıtmaq kompleks tədbirlər fonunda böyük hünər istəyir. Fakt budur ki, bu gün valideyn övladının ali təhsil almasını istəyirsə, azı 5 fəndən uşağını repetitor yanına göndərməlidir. “Məktəbdə dərs tamamən keçilmir” demək də günah olardı. Ancaq sirr deyil, məktəbdə keçilən dərsin keyfiyyəti yetərli deyil, mövcud təhsil sistemi reallıqlarına uyğun olaraq müəllimlərin çoxu heç bunda maraqlı da deyil. Əksər müəllimlər əsas əməyini, diqqətini məhz dərsdən sonra repetitor fəaliyyətində ortaya qoyur. Çünki onun əsas dolanışığı budur, məktəbdən aldığı 500-600 manatla (çox az faiz müəllim bundan artıq məvacib alır) uzağı 10 gün yaşaya bilər…

azedu.az_azedu.az_muellim_108_519.jpg (53 KB)
Nəhayət, nazir deyib: “Müəllimlərə alçaldıcı yanaşma qəti yolverilməzdir. Müəllimi qınaya-qınaya onun əlindən bütün alətləri alacağıq, müəllim olmaq istəyənlərin sayı azalacaq”.
Bəli, tamamilə doğrudur, nazirlə ikiəlli razıyam. Bəs nə edək ki, müəllimin nüfuzu yüksəlsin kimsə ona alçaldıcı yanaşmaya cəhd, cürət edə bilməsin? Nə vaxtdan, necə oldu ki, müəllimin nüfuzu enməyə başladı? Müəllimlər 20-30 il qabaqdan cüzi maaşla yaşaya bilməyib, təhsil alverinə, bəziləri ümumiyyətlə məktəbi buraxıb ticarətlə məşğul olmağa başlayandan, bəziləri rüşvətə qurşandırılandan (bəli, məhz iqtisadi, sosial, cəmiyyət tərəfindən basqıların nəticəsində qurşandırılanda), məmur-oliqarxların saxta yolla diplom almış yaxınları tapşırıqla məktəb direktoru, direktor müavini təyin olunub məktəbi bazara döndərəndən pedaqoqların müqəddəs imici, xarizması yerlə bir oldu. İndi isə onu yığıb-yığışdıra bilmirik. Çünki müstəqillik dövründə oturuşmuş sistemi son illərdə bir xeyli yontsaq da, dağıdıb normal bir sistem qura bilməmişik…

Göründüyü kimi, elm və təhsilin inkişafı bir-birinə tam bağlı məsələdir və bunların həlli kompleks tədbirlər görməyi tələb edir. Detalları əlbəttə mütəxəssislər müəyyənləşdirməlidir, amma sadə düstur budur:

– Müəllimlərin maaşı normal yaşayışını təmin edəcək qədər artırılmalı və bundan sonra repetitorluq edib daha çox pul qazanmaq istəyənə orta məktəbdə dərs demək yasaqlanmalıdır, onlar fərdi hazırlıqla, kurs müəllimliyini seçməlidir;

– Məktəblərdə təhsilin keyfiyyətinin yüksək olması üçün davamlı monitorinqlər aparılmalı və buna nəzarət etmək üçün hər məktəbdə formal yox, vicdanlı adamlardan ibarət İctimai Şura yaradılmalıdır;

– Azərbaycanda ali məktəbə qəbul qaydaları sadələşdirilməlidir. Necə ki, dünyanın sivil ölkələrində orta təhsildən ali təhsilə keçid sadəcə bir mərhələdir, əsas tələb ali məktəbdəki tədrisi yüksək səviyyədə qavramaq şərtinin olması, əks təqdirdə ali təhsildən uzaqlaşdırılması mexanizminin tətbiqidir. Bu gün ölkəmizdə hətta təhsil səviyyəsi 4, 5 bal olan şagirdlər ali məktəbə çətinliklə daxil olur, obrazlı desək, buna kosmosa uçmaq kimi yanaşırlar. Heç kim repetitor yanına kefindən getmir. İndiki şərtlər daxilində hətta məktəblər normal, arzuolunan tədris aparsa belə, ali məktəbə qəbul üçün repetiror mütləqdir. Çünki DİM imtahanları o qədər qəliz, mürəkkəbdir ki, şagirdin azı 2 il gecə-gündüz fərdi hazırlığa getməsə, məktəb vəsaitlərindən əlavə xeyli materialları mənimsəməsə, universitetə girmək əlçatmaz arzu olaraq qalacaq…

– Orta məktəblərdə direktor seçimi qaydalarına xüsusi diqqət yetirilməlidir, insani hissləri, vətənpərvərliyi yüksək olan adamlar məktəb rəhbəriyində olmalıdır. Çünki məktəbi onlar yönləndirir. Təcrübə sübut edib ki, bir sanballı, gerçək ziyalı direktor məktəb üçün nümunəyə çevrilir. Paralel olaraq orta məktəblərdə kişi müəllimlərin sayı həvəsləndirici metodlar tətbiqi ilə artırılmaldır.

Cənab nazir, bu işləri həyata keçirmək kifayət qədər çətindir. Bu prosesə cəsarətlə başlasanız, cəmiyyət, gələcək nəsillər sizə minnətdar olacaq. Düzdür, korporativ maraqları olanların əks-kampaniyaları da başlayacaq, kimlərinsə təhdidləri də olacaq, amma inanın ki, dövlətin ali rəhbərliyi və cəmiyyətin əksər üzvləri sizi dəstəkləyəcək.
Uğurlar olsun, əgər başlasanız…

 

Elşad MƏMMƏDLİ
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gecikmədən, tez…

Next

Araşdırma: Kola, çips və fast-fud kokain qədər asılılıq yaradır

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv