İmişli sakini dəm qazından zəhərlənib – YENİLƏNİB

İmişli sakini dəm qazından zəhərlənib – YENİLƏNİB

İmişli rayonunda yeniyetmə dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü G.Rüstəmova hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

17:04

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərlənib.