Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Əsrin sualı – Rusiya, yoxsa İranla qonşuluq daha təhlükəlidir…

By Vüsal Rafiqoğlu
05.03.2024 4 Min Read

“Rusiyanın təhlükə mənbəyi olmayacağı yaxın perspektivdə görünmür”

“Macarıstan yenə Rusiya ilə ümumi sərhədə malik olmaq istəməz, çünki Sovet İttifaqı ilə həmsərhəd olduğu dövrlərin “pis xatirələrini” özündə saxlayır”.

Bunu ölkənin baş naziri Viktor Orban Praqada Vışeqrad qrupu ölkələrindən – Polşa, Slovakiya və Çexiyadan olan həmkarları ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. Orbana görə, Macarıstanın milli təhlükəsizlik maraqlarına ən yaxşı cavab verən variant onun Rusiya ilə ümumi sərhədinin olmamasıdır.

Baş nazir nə dərəcədə haqlıdır, doğrudanmı Rusiya ilə həmsərhəd olmaq təhlükəlidir və niyə? Rusiyaya həmsərhəd ölkələrdən biri Azərbaycandır. Bəs İranla qonşu olmaq necə, təhlükəli deyil? (Üstəlik, Azərbaycan hər ikisi ilə qonşudur).

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim “Mülki Müqavilə” Partiyasından olan deputatlarla keçirdiyi son qapalı görüşdə iddia edib ki, Rusiya Azərbaycanı və Ermənistanı da birləşdirəcək birlik dövləti yaratmaq istəyir. Əgər elədirsə, onda niyə İrəvan Kremlin əlinə oynayır, sülh sazişini ləngidir?

Bu da faktdır ki, Ermənistan Rusiya ilə sərhədi quru olmasa da, onun Qafqazdakı yeganə forpostu olaraq qalır.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu fikirlərin arxasında macar xalqının Rusiyadan çəkdiyi acıların dayandığını düşünür: “Sovet İttifaqı dönəmində Macarıstan Ukrayna üzərindən Rusiya ilə həmsərhəd ölkə sayılırdı. Lakin bu ittifaq dağıldıqdan sonra həmin “sərhəd” məsələsi də aradan qalxdı – yəni Macarıstan o zamandan etibarən Rusiya ilə deyil, Ukrayna ilə ümumi sərhəddə malikdir. 

Macarıstan baş nazirinin Rusiya ilə həmsərhəd olmağı arzulamadıqlarına dair fikirlərinin arxasında macar xalqının tarixdə yaşadığı acı bir hadisə dayanır. İkinci Dünya müharibəsindən sonra Avropanın Şərqində sosialist dövlətlər yaratmış Sovet İttifaqının bu ölkələri öz təsirində saxlaması bir o qədər də asan olmamışdı. Zaman-zaman Avropada yaşamış bu xalqlar Stalin rejiminin prinsipləri üzərində formalaşmış hakimiyyətlərindən narazılıqlarını ortaya qoya bilirdilər. Bu hadisələrdən birincisi də elə Macarstanda, 1956-cı ilin oktyabr ayının 10-da baş verdi. Ölkədə hakimiyyətə qarşı üsyan baş qaldırdı və sürətlə yayılaraq hökumətin parçalanması ilə nəticələndi.

Üsyandan sonra Macarıstanda yeni qurulmuş sovet hökuməti 1957-ci ilin yanvarına qədər ölkədə müxalifəti tam olaraq aradan qaldırdı. Sovetlər İttifaqının süqutu ərəfəsində – 1989-cu ildə Macarıstan Xalq Respublikası qurulduqdan sonra 23 oktyabr bu dövlətin milli bayram günü elan edildi.

Macarıstan baş naziri Viktor Orbanın səsləndirdiyi “pis xatirələr” rusların tarixdə onlara qarşı etdiyi bu vəhşilikləri özündə ehtiva edir. Ona görə də Macarıstan milli təhlükəsizlik maraqları baxımından bu gün Rusiya ilə sərhədlərinin olmasını arzulamır”.

Sabiq nazir hesab edir ki, Rusiya ilə həmsərhəd olmağın acısını bu bölgədə tarixən ən çox çəkən ölkələrdən biri Azərbaycandır: “Həmçinin müstəqillik əldə etdikdən sonra Azərbaycanın 44 günlük Qarabağ savaşına qədər ölkəmizin bu dilbər guşəsində erməni aləti vasitəsilə başımıza gətirilən bütün müsibətlərin baş dirijoru Rusiya olmuşdu. Və yalnız indi – öz əlləri ilə Azərbaycan torpaqlarında yaratdıqları Ermənistan adlı dövlət onlara qarşı üsyana qalxdıqdan sonra ayılıb kimin – kim olduğunu gördülər. İndi başa düşdülər ki, Azərbaycanla dostluq etmək lazımdır, çünki ermənilərdən fərqli olaraq azərbaycanlıların xislətində xəyanət yoxdur.

İranla münasibətlərə gəlincə isə burada da biz tarixi acılar yaşamışıq. İran bu gün də o taydakı azərbaycanlıların ən acınacaqlı bir durumda yaşadığı bir məkandır. Bu dövlət müstəqillik illərimizdə işğal altında olan torpaqlarımızda ermənilərə hər formada dəstək verməklə özünün Azərbaycana və azərbaycanlılara olan “sevgisini” aşkar bir formada ortaya qoydu. Bütün bunları bildiyimiz halda biz həm Rusiya ilə, həm də İranla balanslaşdırılmış qonşuluq münasibətlərini saxlamalıyıq. Bu bizim üçün ən doğru seçimdir.

İndi ipinin üzərinə odun yığmaq təhlükəsi olan həm Rusiya, həm də İran Azərbaycanın yanında Türkiyənin rəsmi olaraq dayandığının fərqindədir. Bu səbəbdən Rusiya Ukrayna cəbhəsində hadisələrin necə inkişaf edəcəyindən və dünya siyasət meydanında nələrin baş verəcəyindən asılı olmayaraq, Azərbaycan öz müstəqilliyini qoruyub saxlayacaq və bölgənin ən qüdrətli dövləti kimi meydanda olacaq…”

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl 

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl burada bir qorxu görür: “Amerikanın dövlət katibi olmuş Mayk Pompeyo müsahibələrinin birində qeyd edirdi ki, bəşəriyyəti təhdid edən beş faktor var, Rusiya, İran, Çin, Şimali Koreya və İslam fundamentalizmi. Bu beş təhdiddən üçü Azərbaycanın qonşuluğunda və içərisindədir. Macarıstandan fərqli olaraq bizim təhlükəsizliyimizə hər zaman təhdid var. Şərqi Avropanın postsosialist ölkələri içərisində ilk olaraq Macarıstanda hələ 1956-cı ildə SSRİ əleyhinə qiyam qalxanda Kreml amansızcasına bu qiyamı yatırmışdı. Macar xalqı bunu unutmayıb. Həmsərhəd olduqları halda Rusiyanın Ukraynada törətdiklərinin nə vaxtsa Macarıstana qarşı olacağı qorxusu təbiidir. Rusiyanın təhlükə mənbəyi olmayacağı yaxın perspektivdə görünmür. Tarixən şimal qonşumuz qonşularına hədəf kimi baxıb. Bir neçə il əvvəl Putinin məktəbliyə dediyi “Rusiyanın sərhədi bitmir” ifadəsi dövlətlərin bu təhlükədən uzaq olmaq istəyinin nümunəsi ola bilər. İran da o təhlükəli dövlətdir ki, Ermənistan istisna olmaqla, bütün müsəlman qonşuları ilə gərgin dramatik vəziyyətdədir. O cümlədən bizimlə. İranın məkrli qonşuluğu Rusiyadan daha fərqlidir. İlk baxışdan qəribə görünsə də, indiyə qədər Rusiya faktoru İranın Azərbaycana qarşı müharibə etmək ehtimalını azaldıb. Çünki Kreml Cənubi Qafqazda təsirini heç kimə vermək fikrində deyil. Sadəcə olaraq, Şuşa Bəyannaməsindən sonra Türkiyə İran üçün bir çəkindirici faktor rolunu oynadı. Coğrafiyamız əlverişli olmaqla yanaşı, həm də təhükəlidir. İrəvanın sülh müqaviləsini uzatması yalnız Kremlin deyil, həm də öz əlinə oynayır. Həm də Azərbaycanın Qərbin təzyiqi ilə bəzi prinsipial məsələlərdə güzəşt edəcəyimizi hədəfləyir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Parlament seçkiləri gələn ilə qalır? – yeni gəlişmə

Next

Dil pəhləvanı və əlindəki nüvə raketi

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv