Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakıdakı ermənilərin əvəzinə Zəngəzur?

By Vüsal Rafiqoğlu
08.03.2024 3 Min Read

Paşinyan hakimiyyəti erməni cəmiyyətinin ittihamlarından yaxa qurtarmaq üçün absurd iddialar ortaya atır

Hakim “Mülki Müqavilə” partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan növbəti dəfə Azərbaycanla bağlı absurd fikirlər səsləndirib: “Qazaxıstanda çevriliş olanda KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Avropa İttifaqı müşahidəçiləri gələndə dedilər ki, qoy bizimkilər də gəlsin”.

Azərbaycan tərəfinin niyə Bakıda məhkəmə hökmü ilə müxtəlif cəza alan erməniləri qaytarmadığını soruşduqda, deputat onların guya əsir olduğunu deyərək, belə cavab verib: “Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”.  

Erməni deputat məsələni elə təqdim etmək istəyir ki, guya Azərbaycan erməni diversantları Zəngəzurla dəyişmək istəyir. Yəni əsirləri verək, Zəngəzuru qaytarın bizə. Axı bu, tamamilə uydurma bir fikirdir və Azərbaycan belə bir şərtlə çıxış etmir. Bu, artıq Azərbaycanı dolayı formada ərazi iddialarında ittiham etmək deməkdir.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu tamamilə mümkünsüz sayır: “Bəzi ermənilərin iddia etdiyi kimi, əsirlərin qaytarılması müqabilində guya Azərbaycan Zəngəzur dəhlizindən imtina edəcək, ermənilərin şərtlərini qəbullanacaq, bu fikirlər absurddur. Əsirlərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur. Bəli, Azərbaycan hərbçisi hava şəraiti ilə bağlı yolunu azaraq əsir düşmüşdü. Ermənistan tərəfi onu geri qaytardı, ortada bir şifahi razılaşma var. Hava şəraiti ilə əlaqədar hərbçilər yollarını azarlarsa, onlar qaytarılmalıdır. O ki qaldı Azərbaycanın əlində olan terrorçulara, soyqırımda əli olanlara, onların heç məhkəmələri belə keçirilməyib. İndi məhkəmə keçirilmədən onları necə təhvil vermək olar? Bu mümkün olan bir məsələ deyil. Onları biz Zəngəzur dəhlizinə də dəyişə bilmərik. Onlar layiqli cəzalarını almalı, cəzalarının da böyük hissəsini çəkməlidirlər. Ondan sonra Azərbaycan Prezidenti lazım bilərsə, ya əfvdən istifadə edə bilər, ya da Ermənistanla hansısa bir məsələnin həlli üçün belə bir güzəştlər mövcuddur. Amma indi dediyim kimi, bu, reallaşa bilməz. Zəngəzur dəhlizi və 8 kəndin Azərbaycana qaytarılması alver predimeti deyil. Azərbaycanın bu istiqamətdə tələbləri davam edir”.

Buça qətliamı son olmaya bilər" -

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy bu məsələnin həllinin Ermənistanın iradəsindən asılı olmadığını söylədi: “Düşünmürəm ki, saxlanılan diversantların Ermənistana verilməsi ilə Zəngəzur dəhlizi açılsın. Çünki həmin diversantlar o qədər dəyərli deyil. Hətta daha dəqiq ifadə edəsi olsaq, Zəngəzur dəhlizinin açılması, ümumiyyətlə, qəribə səslənsə də, Ermənistanın iradəsindən asılı deyil. Çünki hazırda Paşinyan Ermənistanın milli və təhlükəsizlik maraqlarını faktiki şəkildə Makronun Cənubi Qafqaz siyasətinə qurban verməklə məşğuldur. Nikol Paşinyan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, ona görə yox ki, sadəcə, ona daxildən olacaq təzyiqdən qorxur, həm də ona görə ki, iddia edir ki, təminatçılar lazımdır. Bu da dolayısı ilə Fransanı prosesə qoşmağın növbəti variantlarından biridir. Lakin Nikol həqiqətən qarantyor istəyirsə, Zəngəzur dəhlizinin açılmasını tezləşdirməlidir. Təsəvvür edin ki, dəhliz açılacağı təqdirdə Pekindən Londona uzanan yolda yerləşən aparıcı dövlətlər ertəsi gün deyəcək ki, Ermənistanın təhlükəsizliyi qırmızı cizgimizdir. Burdan da belə anlaşılır ki, Nikolu əslində təminatçı o qədər də maraqlandırmır. Ona Parisi prosesə qatmaq daha vacibdir, nəinki sülh müqaviləsini imzalamaq”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı bu iddiaları gülünc hesab edir: “Melkonyan Paşinyan hakimiyyətinin sözçüsü kimi çıxış edən deputatlardandır və hökumət demək istədiklərini bir çox hallarda onun kimilər vasitəsilə çatdırır. Onun KTMT-yə qarşı ittihamı təəccüblü deyil, rəsmi İrəvan anti-Rusiya siyasətini əsaslandırmaq üçün müxtəlif məsələlərə istinad edir. Azərbaycanla bağlı dedikləri isə absurd yanaşmadır. Əslində bu fikir erməni ictimai rəyində mövcud narazılıqla bağlıdır. Çünki Bakıda həbsdə olan ermənilərin qaytarılmaması erməni cəmiyyətində davamlı olaraq Paşinyan hakimiyyətinə qarşı ittiham aktı olaraq istifadə edilir. Hakimiyyəti bacarıqsızlıqda, Azərbaycan qarşısında qorxaqlıqda ittiham edirlər. Melkonyan da erməniləri geri qaytara bilməmələrini cəmiyyətin təhlükəli hesab etdiyi məsələ üzərindən təqdim etməklə özlərinə haqq qazandırmaq istəyir. Yəni ermənilər “məhbusların qaytarılmasını istəyirsə, Zəngəzurdan vaz keçməlidir”. Təbii ki, bu, absurd yanaşmadır. Çünki Bakıda həbsdə ermənilər qanunları pozub, Azərbaycan humanitar prinsiplərə əsasən onların bir qismini geri qaytarıb. Amma bu ermənilərdən Zəngəzurun alınması üçün istifadə edilməsi iddiası gülüncdür. Sadəcə olaraq, Paşinyan hakimiyyəti erməni cəmiyyətinin ittihamlarından yaxa qurtarmaq üçün Zəngəzur məsələsini ortaya atır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

8 martda BÜRCLƏRİ nə gözləyir? – İş, eşq, gözlənilməz sürprizlər…

Next

Bakıda yarımçıq qalan tikililərin aqibəti necə olacaq? – VİDEO

Xəbər lenti

  • Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü – VİDEO 12.07.2026
  • Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir 12.07.2026
  • Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib 12.07.2026
  • Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib 12.07.2026
  • Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏYENİLƏNİB 12.07.2026
  • Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq 12.07.2026
  • IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər 12.07.2026
  • Maşın yağı niyə bahalaşıb? 12.07.2026
  • Sabah çimərliklərdə isti olacaq 12.07.2026
  • Sabah rayonlarda 39 dərəcə isti olacaq 12.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 12.07.2026
  • Pensiyalar nə vaxt veriləcək? – TARİX AÇIQLANDI 12.07.2026
  • Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb 12.07.2026
  • Tovuz döyüşlərindən 6 il keçir 12.07.2026
  • Bakıda güclü külək – sürəti 17 m/s-yə çatır 12.07.2026
  • Güclü yağış daşqına səbəb oldu – Küçələr su altında 12.07.2026
  • Hacıqabulda yol qəzasında yaralananların son durumu 12.07.2026
  • Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib 12.07.2026
  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv