Tovuzda 17 yaşlı oğlan faciəli şəkildə öldü

Tovuzda 17 yaşlı oğlan faciəli şəkildə öldü

Tovuzda bədbəxt hadisə baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində 2007-ci il təvəllüdlü Sinan Bağırovu elektrik cərəyanı vuraraq öldürüb.

İlkin ehtimallara görə, S.Bağırov yıxılarkən elektrik xəttindən tutub və nəticədə bədbəxt hadisə baş verib.