Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Brüsseldə keçiriləcək gizli danışıqlar Cənubi Qafqaza nə vəd edir? – ŞƏRH

By Vüsal Rafiqoğlu
25.03.2024 3 Min Read

Ermənistanın sülh və təhlükəsizliyi Qərbdə  axtarması yanlışdır

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenlə, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə görüşü gözlənilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, həmin görüşdə “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları” müzakirə ediləcək. Görüşlərin yekununda isə Ermənistanın müdafiəsi məqsədi daşıyan müqavilələrə imza atılacağı gözlənilir.

Şübhəsiz, bu, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası ilə yanaşı, həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən bir addımdır. Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı yaydığı bəyanatda deyildiyi kimi, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsinə, regionda ayırıcı xətlərin yaradılmasına xidmət edən təhlükəli tendensiyanın daha bir nümunəsidir. Bu isə onu göstərir ki, daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqı və həmişə ikili standarlardan çıxış edən ABŞ militarist siyasətindən əl çəkməyən Ermənistanı dəstəkləməkdə, ona “gün ağlamaqda” davam edir. Əslində isə bu görüşün arxasında onların çirkin oyunları dayanır. Belə ki, Qərbin belə canfəşanlığı strateji rəqib hesab etdiyi Rusiyanı regiondan uzaqlaşdırmağa hesablanıb. Yəni, ABŞ və Avropa İttifaqı “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları”nı müzakirəyə çıxarmaqla, Ukrayna ilə imzalanan sazişlərə bənzər Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamaqla  Hayastanın əli ilə öz niyyətlərinə çatmağa çalışırlar. Elə bu məqsədlə bu kimi addımlarla Cənubi Qafqazı döyüş poliqonuna çevirməklə vəziyyəti mümkün qədər gərginləşdirməkdə israrlı görünürlər. Ermənistanın KTMT-də fəaliyyətini dondurması, Rusiya-Ermənistan münasibətlərinin gərgin olması isə onların əl-qolunu tamamilə açıb. Yəni  hazırda görünən odur ki, Qərb rəsmi Parisin təhriki illə nəyin bahasına olursa-olsun Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etməyi sürətləndirib. Mütəxəssislərin fikrincə, Fransanın Ermənistanı silahladırılması, Avropa Monitorinq Missiyasının satusu haqqında sazişin ratifikasiya edilməsi və atılacaq növbəti addımlar təcavüzkar ölkənin Qərbin kurasiyasına keçəcəyindən xəbər verir.

Şübhəsiz, birtərəfli qaydada Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması, Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olmaq istəyi Azərbaycana da yaxşı heç nə vəd etmir. Çünki bu, hər şeydən əvvəl, Hayastanda revanşizmin dirçəlməsinə, nəticədə yenidən müharibənin alovlanmasına səbəb ola bilər. Bu mənada demək olar ki,  Qərb Rusiya ilə bağlı planlarını reallaşdırmaq niyyəti ilə hazırda Cənubi Qafqazda hökm sürən sabitliyi pozmağı əsas məqsəd kimi qarşısına qoyub.

Bu addımlara və planlara nə vaxtsa Rusiyanın, eləcə də İranın hər hansı bir reaksiyası verəcəyini nəzərə alsaq, Cənubi Qafqazı nələr gözlədiyini təsəvvür etmək o qədər də çətin deyil. Amma Qərb dərk etməlidir ki, hazırda bölgədə yeni reallıqlar yaratmış Azərbaycan bölgədə sülhün bərqərar olmasında olduqca qətiyyətli addımlar atır. Üstəlik, Cənubi Qafqazdakı nüfuzlarını qoruyub saxlamaq və inkişaf etdirmək üçün Qərb də yaranmış tarixi şansdan yararlana bilər.

Martın 17-də Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə  mətbuata bəyanatında bildirdiyi kimi, bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub: “Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

Görünür, bu, müharibələrdən, öz çirkin niyyətlərindən qaz vurub qazan dolduran Fransa kimi Qərb dövlətlərinə sərf etmir, odur ki, onlar getdikcə azğınlaşırlar. Bu məqamda  Bakı Politoloqlar Klubu Siyasi Tədqiqat Mərkəzinin sədri Zaur Məmmədovun bu sözlərini xatırlatmaq istərdik: “Əgər Ermənistan və Fransa tərəfindən Azərbaycan sərhədçiləri və ordusu istiqamətində təxribatlar həyata keçirilərsə, 30 il işğalla məşğul olan, SSRİ-yə daxil olarkən ərazisi cəmi 9 000 kv.km olan bu dövlətin gələcək aqibətinin sual altında qalacağı heç kimdə şübhə doğurmamalıdır”. Hadisələri dəqiq analiz edən siyasətçilərin, dövlət xadimlərinin  bildirdiyi kimi, Ermənistanın sülhü və təhlükəsizliyi Qərbdə  axtarması yanlışdır.  Yəni, indiki durumda Hayastan Qərbin ətəyindən deyil, ona firavanlıq vəd edən Azərbaycanın ətəyindən möhkəm yapışmalıdır. Çünki yalnız və yalnız bu yol, yəni sülh sazişini imzalamaq onu düşdüyü labirintdən çıxara bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qənnadı məmulatlarından istifadə zamanı nələrə diqqət olunmalıdır?

Next

GÜLNARƏ ƏLİYEVA AD GÜNÜNÜZ MÜBARƏK OLSUN !

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv