Vətən müharibəsindən sonrakı dövrdə mina terroru nəticəsində 65 nəfər həlak olub

Vətən müharibəsindən sonrakı dövrdə mina terroru nəticəsində 65 nəfər həlak olub

“Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina terroruna məruz qalıb, onlardan 65-i həlak olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir:

“Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var”.
V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir:

“Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır”.