Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Pöhrələr boy atır…

By Vüsal Rafiqoğlu
18.04.2024 3 Min Read

Murov dağlarında yaşanan dəhşətli faciədən bizi 31 illik zaman ayırır

1993-cü ilin aprelində Murov dağlarında yaşanan dəhşətli faciə ilə bizi 31 illik zaman ayırır…

Hər ötən il Kəlbəcərin Başlıbel kəndində erməni quldur birləşmələrinin yolları bağlaması nəticəsində 62 nəfərin üzləşdiyi müdhiş və unudulmaz mühasirə günlərini nə qədər uzağa aparsa da, o qədər də yaxındadır. Yaxın-uzaq mühasirə günləri, həmin günlərin məşəqqətləri, dinc sakinlərin həyat-ölüm mübarizəsi nə unudulandı, nə də yaddan çıxan…

ARANTV.AZ xəbər verir ki, kəndin sakinləri hər dəfə Başlıbelə – doğma yurd yerlərinə ziyarətə gedəndə ağır günlərdə qoynunu açaraq onlara sığınacaq verən, düşməndən gizləyən dağlardakı mağara və kahalara baş çəkir, uzaq illərin arxasında qalan həmin günləri yenidən xatırlayır. Həmin günlərdən yadigar qalan hansısa izləri və əşyaları tapırlar.

Dəlidağın qoynundakı hər daş, hər kəsək, hər cığır, hər ağac pöhrəsi onlara doğmadır. Amma türk izini hər yerdən qaşımağa çalışan vandallar daşı-kəsəyi, cansız ağacları da torpağın köksündən silmək istəyiblər.

Mühasirə həyatı yaşayanlar son səfərlərinin birində soyuq-şaxtalı günlərdə pənah apardıqları “Portda kahası”na baş çəkərkən daha bir neçə məişət əşyası tapıblar. Avtomat güllələrinin dəlmə-deşik etdiyi samovar, çaynik, qazan, qab-qacaq kahada keçən dözülməz mühasirə günlərinin yadigarıdır. İndi pas tutan, üzərini toz-torpaq örtən həmin əşyalar ağır günlərdə onların əlindən tutan ən vacib məişət əşyaları olub. Həmin günlərdən qalan pal-paltar, yorğan-döşək əvvəlki görkəmini itirsə də, onlar üçün çox doğmadır…

Kəlbəcərin ən böyük yaşayış məntəqəsi sayılan Başlıbel 259 evdən ibarət olub. Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşən və 3 232 hektar ərazisi olan kəndin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzündən əvvəl 1996 sakini olub. 1993-cü ilin mart son günlərində Tunel yolu bağlanandan sonra kəndi tərk edə bilməyənlər Başlıbelin 3 kilometrliyində yerləşən kahalara çəkiliblər. Onların 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, qurumaq üçün sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Sakinlərin sığındığı yeri müəyyən edəndən sonra erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazini tərk ediblər.

Həmin hadisədən sonra sağ qalan kənd sakinləri kahanı tərk edərək başqa bir kahaya köçüblər, iyulun ortalarınadək orada gizlənmək məcburiyyətində qalıblar. Dörd aya yaxın davam edən çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra onlar gizli yollarla işğal zonasından çıxaraq xilas olub.

…Torpaqlarımızı erməni işğalından azad olandan sonra Başlıbel sakinləri, mühasirə həyatının şahidləri tez-tez kəndə gedərək doğma ünvanları ziyarət edirlər. Bu yaxınlarda həmin yerləri ziyarət edən sakinlər o vaxtdan yanmış evlərin, odlara qalanmış kəndin xarabalıqları arasında sobanın, istifadəsiz qalmış köhnə maşın və texnikaların içindən boy göstərərək günəşə doğru uzanan ağaclar, yeni pöhrələrlə üzləşiblər.

Deməli, yurdun yağmalanması, kəndin odlara qalanması, daşının daş üstə qalmaması heç də son deyil. Düşmənlərin vaxtilə yandırıb viran qoyduğu yerlərdə yeni həyat başlayır…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb

Next

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – FOTO/VİDEO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv