Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çoxtərəfli münasibətlərdə uğurlarını yeniləyən Azərbaycan diplomatiyası

By Vüsal Rafiqoğlu
23.04.2024 5 Min Read

Cari ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammiti ortaq tarixə malik qardaş dövlətlərin sarsılmaz birliyinin ifadəsi olacaq

2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündən başlayaraq daha geniş miqyasda təşkilatlanan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat infrastrukturuna, müasir hərbi imkanlara malik türk dövlətlərinin həmrəyliyinə layiqli töhfələr verən Azərbaycan geniş coğrafiyanın əhatə etdiyi İslam ölkələrinin ayrılmaz parçası kimi milli dəyərələr sadiqdir. «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» sözləri bu birliyin təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, bu həmrəyliyin gücünün dünyada etiraf edildiyini bildirən Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycanın əbədi qardaşlığını bu birliyin lokomotivi adlandırır. Şuşa Bəyannaməsini imzalayan, münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran hər iki qardaş ölkə türk birliyinin əbədi qarantıdır. Beynəlxalq əhəmiyyətli Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı, tranzit ölkə olan Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanlarını genişləndirməklə türk dövlətləri arasında ticari-iqtisadi, elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlığı müxtəlif istiqamətlərdə genişləndirir.

Prezident İlham Əliyevin İslam həmrəyliyinin yol xəritəsi olan Türkiyəyə, Özbəkistana, Tacikistana, Qazaxıstana rəsmi və işgüzar səfərləri bu həmrəyliyi daha önəmli töhfələrlə zənginləşdirdi. Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasına türk birliyinin töhfəsi kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü dostluq və qardaşlığın tükənməzlik rəmzi kimi yaddaşlarda qaldı. «Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım”» mövzusuna həsr edilmiş görüşdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımıza minnətdarlıq duyğularını ifadə edən «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm» sözləri türk dünyasının həmrəyliyi üçün böyük xidmətlər göstərən dövlət başçımıza, Azərbaycan xalqına minnətdarlıq ifadəsi idi. Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbulu, təşkilata üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun yaradılması irimiqyaslı layihələrin həyata keçirilməsini də şərtləndirəcək. Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq üçün hər il 6 fevral tarixinin Türk Dövlətləri Təşkilatı çərçivəsində «Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü» elan olunması ilə bağlı təklif təşkilatın humanitar siyasətinin ifadəsi kimi dəstəkləndi. Zirvə görüşündəki çıxışında qardaş ölkədə baş verən, əsrin fəlakəti adlandırılan güclü zəlzələ nəticəsində yaranan vəziyyətdən narahatlığını bildirən Prezident İlham Əliyev dostların yardımı ilə dağıntıların nəticələrinin aradan qaldırılacağına əmin olduğunu da bildirdi.

«2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. «Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir» söyləyən dövlət başçımız Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında aparılan yenidənqurma , bərpa- quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakını yüksək dəyərləndirdi. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbin və Qazaxıstanın inşa etdiyi yaradıcılıq mərkəzinin açılış mərasimlərində həmkarları Şavkat Mirziyoyevə və Kasım-Jomart Tokayevə minnətdarlığını bildirən dövlət başçımız bu birliyin əbədiliyinə əminliyini ifadə etdi. Ortaq səylər və qarşılıqlı anlaşma əsasında möhkəmlənən Qazaxıstan-Azərbaycan münasibətləri siyasi, ticari, iqtisadi, mədəni, humanitar sahədə də güclənib. İki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamənin, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafı ilə bağlı kompleks proqramın qəbulu, digər sənədlərin imzalanması, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsini təmin edən Ali Dövlətlərarası Şuranın təsis olunması TDT çərçivəsindəki əməkdaşlığı intensivləşdirəcək. Hər iki ölkə arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin etimada uyğun inkişafı enerji sahəsini də əhatə edir. Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar”. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Ölkələrarası logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması ilə bağlı imkanlar nəzərə alınır.

Prezidentlərin bəyanatlarında qeyd olundğu kimi, 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin reallaşdırılması ilə bağlı perspektivlər ümidvericidir. Bu marşruta artan maraqdan tam yararlanmaq üçün infrastruktura üçüncü ölkələrin cəlbi əməkdaşlığın səmərəsini daha da artıracaq. Beynəlxalq tərəfdaşlarla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan yaradacaq. «Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib» söyləyən Kasım-Jomart Tokayev ölkəmizlə müxtəlif, çoxtərəfli strukturlar çərçivəsində səmərəli fəaliyyəti dövlətlərarası münasibətlərin genişlənməsi üçün stimul adlandırıb. Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında baş verən proseslər, nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə artan diqqət, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması, sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi, gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərinin müzakirəsi ilə bağlı təkliflər nəzərə alınıb. Göründüyü kimi, qardaşlıq, dostluq münasibətlərini möhkəmləndirən türk dövlətlərinin birliyi eyni zamanda İslami dəyərlərdən qaynaqlanan tolerantlıq, multikulturalizm bəşəri dəyərlərə də töhfələr verir.

Bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edən, Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyasından əziyyət çəkən ölkələrə Azərbaycanın göstərdiyi yardımlardan, ölkəmizin təşəbbüsü ilə təsisatın Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətindəki səylərindən söz açın Prezident İlham Əliyev dünyamızı bürüyən qlobal problemlərin həllində birgə həmrəyliyin hazırda daha vacib olduğunu da diqqətə çatdırdı.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQFETM) sədrliyin ölkəmizə keçməsi münasibətilə dövlət başçımızı təbrik edən Kayrat Sarıbay çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin təcrübəsinin olduğunu vurğuladı. Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycana göstərilən bu etimadı ölkəmizin çoxtərəfli diplomatiyasına beynəlxalq səviyyədə hörmətin və ehtiramın təzahürü kimi qiymətləndirdi. O, ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata keçirilməsindəki mühüm rolunu da xüsusi vurğuladı.

Ölkəmizin AQFETM-nin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platformasına çevriləcəyini əminliklə söyləyən Prezident İlham Əliyev bu işbirliyinin hamı üçün faydalı olacağını əminliklə bildirdi. Quruma sədrliyin Azərbaycana keçməsi prosesində iştirak edən üzv ölkələrə, o cümlədən Qazaxıstana təşəkkürünü bildirdi.

Azərbaycanın bu il İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi, Türk Dövlətləri Təşkilatının diplomatiya akademiyalarının toplantısının nəzərdə tutulması Cənubi Qafqazda sabitlik diyarı kimi tanınan ölkəmizə sonsuz etimadın ifadəsidir.

Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın xətti ilə iqtisadiyyat və mədəniyyət komitələrinin toplantısının keçirilməsi, gələn ay Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın və TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akarın təşəbbüsü ilə TDT-yə üzv ölkələrin parlamentlərinin müdafiə komitələrinin iştirakı ilə keçiriləcək konfrans regionda qarşısıalınmaz güc mərkəzinə çevrilən Türkiyə-Azərbaycan həmrəyliyinin nümunəsidir. Cari ilin iyul ayında Şuşada keçiriləcək TDT-nin Sammiti türk dövlətlərinin sarsılmaz birliyinin ifadəsi olacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diplomatiya tariximizə daha bir uğurlu səhifə yazılır

Next

Xankəndidə silah-sursat aşkarlanıb

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv