Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sənə şükür, Şuşa…

By Vüsal Rafiqoğlu
08.05.2024 3 Min Read

İllər sonra 8 maya sevinmək möcüzəsi haqda 

8 may. 1992-ci il. Şuşanın işğalı. Azərbaycan tarixinin ən qara səhifələrindən biri… 29 il hər 8 mayda yaşamışıq bu utanc tarixini. Əslində utanc demək də bəlkə doğru deyil, Birinci Qarabağ savaşında Şuşa uğrunda canından keçənləri necə unutmaq, bizim kimi “utananlar” sırasına  aid etmək olardı ki? Onların da boynumuzda haqları olub həmişə, onlara da borcluyuq…

8 may tarixini həmişə fərqli yad etmişik. Fərqli münasibət olub Şuşaya. Pasportumuzda heç dəyişməyən Şuşa qeydiyyatını görən yol polisi də dövlətin cəriməsini görməzdən gəlib. Həmin adama görə yox, Şuşaya görə… Hələ “şuşalıyam” adını qorumaq da vardı- indi qəribə gələ bilər, amma bu da olub. Şuşalı adamı aldatmaz, şuşalı toyda oynamaz… Sonuncusu etiraf edim ki, mənim “kəşfimdir”, oynaya bilməməyimi Şuşa adı altında gizlətdim illərlə. İşə yaradı, hamı anlayışla qarşılayıb, bəlkə də üzə deməsələr də, şuşalı oynayanda qıraqdan baxıb qınadılar da…Şuşa işğaldaykən, necə oynamaq olardı axı Allahım?

e9c813ae8531bb990e88621dcd006ae1.jpg (44 KB)

8 may! Hər bu tarix yer öz oxu ətrafında fırlanıb gələndə dünya adamın başına yıxılardı. Son illər ümumiyyətlə, həmin gün heç televizoru yandırmağa daha hey də qalmırdı. Nə qədər olardı bu həsrətlə yaşamaq? Ermənilərin  Şuşada yeyib-içdiklərini, orada genəlib dincəlməklərini, bizə acıq vermələrini heç zaman unutmaq olmaz…Sənin vətənində yadellilərin qol götürüb oynamasından daha böyük utanc olardımı? Ata-babanın işğaldakı qəbirlərində sümükləri də yanırsa, sən ümumiyyətlə necə “yaşayıram” deyə bilmisən?

Amma hər ötən il bizi Şuşadan uzaqlaşdırmırdı, əksinə bu dərd daha da adamı özünə çəkər, yaxasından yapışar, çərlədərdi. Pirşağıdakı “şuşalılar qəbiristanlığı” son nəfəsində “Şuşada ölə bilmədik” deyənlərlə doludur…

Hikmətin(Sabiroğlu) apreldə yazdığı yazıdan sitat yerinə düşür: “Anam. Bir vaxt belə yazmışam: “Daha qapını üzümə açmır anam, “Torpaqdan nə xəbər?” soruşmur. Onun Torpaq davası bitib artıq. Şuşanın 21-ci ilində bitib.

O 21 ildə heç olmamışdı ki, məndən Torpağı xəbər almasın anam. Nə vaxt qapını döyüb evə girirdim, Torpaqdan xəbər istəyirdi. Qarabağ demirdi, Şuşa demirdi, eləcə Torpaq deyirdi”.

ff36da2e7f8813d703412e85ada9ff2c.jpg (82 KB)

…Heç Şuşanı görməyən uşaqlarımıza hər şeydən öncə “şuşalıyam” deməyi öyrədirdik. Amma “məni Şuşaya niyə aparmırsan” sualı qarşısında ürəyimizi ovuşdurmaqdan başqa çarəmiz qalmazdı. Uşaqlar da böyüyər, gerçəyi öyrənər, elə biz qədər dərdlənməyə başlayırdılar. Biz uşaqlarımızı bu boyda ağır yükün altında qoyub getməməliydik!

Son illər tez-tez “ Şuşa daha getdi…” eşitməkdəydik. Gəlib-gedən Minsk Qrupuna, mənasız danışıqlara daha inam qalmamışdı. “Şuşanı erməni müharibəsiz qaytarmaz”-bu da son illərin ən çox  işlədilən fikirlərindən biri, bəlkə də birincisi idi.

2016-cı ilin aprel döyüşlərində “niyə hərbi əməliyyatlar yarımçıq dayandı, niyə irəli getmədik” dedik. Yenə ümidsizlik… Şuşa sən demə, o həmsədr müzakirələrində  masada heç yoxmuş! “Şuşada Azərbaycan bayrağı o zaman dalğalanacaq ki, burada bəlkə konsulluq binası açasız”-ermənilər deyirmişlər bunu da. Düşmən Şuşanı əbədi caynaqlarına keçirdiklərinə özlərini elə inandırmışdılar ki…

27 sentyabrda başlayan Vətən müharibəsinin hər saatını  “Şuşa da işğaldan mütləq qurtulacaq” ümidi ilə yaşadıq. Hər işğaldan azad kənd bizi Şuşaya yaxınlaşdırırdı. “Amma”lar, “bəlkə…”lər də vardı. Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deməklə “amma” və “bəlkə”lərin üzərinə xətt çəkdi.

Çətin oldu “ŞUŞA, SƏN AZADSAN!” xəbərini gözləmək. O xəbəri qulağınla eşitmək xoşbəxtliyi…29 illik ayrılığın bitdiyini bildirən 8 noyabr günü! Qələbəyə həsrət, Şuşaya həsrət xalqın bayramı! Möcüzə kimi bir gün…

dbb90b00808b5010cb49ddb4c319b9d6.jpg (47 KB)

Şuşa azaddır! Doğrudan, yəni?! Ali Baş Komandana Şuşadan məruzə edilir, bayrağımız Şuşada! Gövhər Ağa məscidində xüsusi təyinatlımız azan oxuyur…Belə bir möcüzəni yaşamaq qismətimizdə varmış sən demə… 8 may utancından, 8 noyabr zəfərinə aparan yol uzun, ağrılı oldu. Amma oldu!

Biz yaşayaq, başımızı dik tutaq deyə, canlarından keçən şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq…Onlar Şuşanı Azərbaycana qaytarmardılar təkcə, xalqın 29 illik əzilmiş, təhqir edilmiş qürurunu xilas etdilər!

Şuşa və digər torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirik!  Başımızı onların qarşısında əymək nə böyük qürur!!!

Bu gün Şuşaya ilk köç başlayır. İllər sonra 8 maya sevinmək, şükür eləmək də möcüzə. Sənə şükür, Şuşa…

Nazim SABİROĞLU,
Musavat.com

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çimərlik sahiblərinin “mavi bayraq” qorxusu – mövsüm qapıda

Next

Şuşa Zəfərimizin rəmzi, tacıdır

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv