Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Nazir müavini deputatlara illik məlumatı təqdim etdi

By Vüsal Rafiqoğlu
22.05.2024 5 Min Read

Siyavuş Novruzov xaricdə oturub təhqiramiz çıxışlar edən şəxslərin ekstradisiyası ilə bağlı məsələ qaldırdı

Mayın 21-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament sədri Sahibə Qafarova giriş nitqində aprel-may aylarında Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında məlumat verdi. Bildirdi ki, bu dövrdə Milli Məclis sədrinin iki ölkəyə rəsmi və iki ölkəyə də işgüzar səfərləri həyata keçirilib. Bundan sonra sədr Monteneqro, Özbəkistan, Sinqapur və İsveçrəyə  səfərlərindən danışdı.

S.Qafarova bildirdi ki, Cenevrədə Azərbaycan və Ermənistan parlamentləri sədrlərinin ikinci görüşü də keçirilib: “Görüşdə Azərbaycanla  Ermənistan arasında sülh danışıqlarının aparıldığı şəraitdə iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirildi. Hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətlərinin dörd ölkəyə rəsmi və işgüzar səfərləri uğurlu keçdi və bununla əlaqədar nümayəndə heyətlərinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.”.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirəyə çıxarıldı. Məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim etdi. General-leytenant bildirib ki, insan alverinin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyanın bir sıra regionlarında baş verən silahlı münaqişələrin coğrafiyasının genişlənməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və s. amillər nəzərə alınaraq – bu sahədə kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılıb, profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, beynəlxalq əməkdaşlıq, bütövlükdə şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən qorunması Milli Fəaliyyət Planına uyğun davam edib.

Məlumatda vurğulanıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində erkən nikahların qabaqlanması işi də nəzarətdə saxlanılaraq 293 evliliyin qarşısı alınıb: “Hesabat ilində 17-si (sabit) insan alveri, 4-ü (sabit) ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 9 (sabit) nəfəri saxlanılaraq cinayət təqibi orqanına təqdim edilib. Hazırda İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş 12 (+1) təqsirləndirilən şəxsin ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür”.

Komitə sədri Zahid Oruc çıxışında bildirdi ki, 90-cı illərdə bizi beynəlxalq hesabatlarda ön yerə çıxarıb ərazilərimiz işğal olunanda ona dəstək verənlər, bu gün dövlətimizə qarşı informasiya terroru ilə məşğul olanları himayə edənlər Azərbaycanı 20 faiz natamam görürlər: “Qoy bizim milli demokratlar bilsinlər ki, İlham Əliyevin ləğv etdiyi Minsk Qrupunu dirçəltməyə hazır olanlar torpaqlarımıza yalnız binoklla baxırlar”.

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi ilə bağlı bildirdi ki, bir çox hallarda insan alveri də korrupsiya cinayətlərindən doğur: “Bu cinayətlər cəmiyyətin əsasını dağıdır və digər cinayətlərə də yol açır. Gender bərabərliyi haqqında qanunda da var ki, Milli Məclisə məlumat təqdim edir. Ona görə də hesab edirəm ki, bunların hamısı qanunlardan çıxarılmalıdır. Buna ehtiyac yoxdur. Sadəcə, müvafiq nazirliklər uyğun komitələrdə işgüzar müzakirələr keçirməlidir və orada problemlər müzakirə olunmalıdır. Əgər ehtiyac olarsa, müvafiq komitə hansısa məsələni plenar iclasa çıxara bilər”. Q.Həsənquliyev bildirdi ki, Azərbaycanda polis sabitliyin qorunmasında müstəsna rol oynayır, cinayətkarlığa qarşı mübarizə aparırlar, amma onların əmək haqqı çox azdır, baxmayaraq ki, onlar öz razılıqlarını ifadə edirlər: “Hesab edirəm ki, bir çox problemlər ondan qaynaqlanır ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır. Hərbidə olduğu kimi, polis üçün də polis kollecləri yaradılmalıdır, orada iki illik tədris keçirilməlidir. Onlar orada fiziki hazırlıq keçməlidir, testlə ora qəbul olmalıdırlar ki, onların qavraması olsun. Misal üçün, deyilə bilər ki, polis nəfəri işə götürüləndən sonra hazırlıq kurslarına göndərilir. Amma onun qavraması aşağıdırsa, onlar mənimsəyə bilməyəcəklər. Nə öz hüquq və vəzifələrini öyrənə biləcəklər, nə də vətəndaşların. Ona görə də hesab edirəm ki, müvafiq komitədə bu istiqamətdə dinləmə keçilsə, yaxşı olar”.

Deputat Etibar Əliyev qeyd etdi ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı struktur baxımından mükəmməldir və geniş məlumatlarla zəngindir: “Hörmətli Seyfulla müəllim (Əzimov – red.) bu vacib məsələni qeyd etdi, lakin bu uğuru təkrarlamağı özümə borc bildim. Məlumatda mühüm məqamlardan biri insan alveri qurbanlarının respublikanın şəhər və rayonları üzrə bölgüsündə sərhəd rayonlarımızda belə qurbanların olmamasıdır. Bu, birmənalı şəkildə həm də aparılan maarifçilik işlərinin səmərəliliyindən xəbər verir”. Deputat bildirdi ki, orta məktəblərdə və kolleclərdə çoxsaylı maarifçilik tədbirlərinin, açıq dərslərin, dəyirmi masaların keçirilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir: “Təhsil müəssisələrində dərslərə davamiyyətin yüksəldilməsi şübhəsiz ki, problemlərin aradan qaldırılmasının əsas göstəricilərindən biridir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlərin ümumilikdə 2 374 400 manat məbləğində cərimələnməsi mühüm fəaliyyət kimi qeyd olunmalıdır. Bu istiqamət ötən illərdəki məruzələrdə qaldırdığımız əsas məsələlərdən biri olub. Bütün bunlarla yanaşı, insan alveri və qanunsuz miqrasiyalarla bağlı uğur hekayələri də mövcuddur. Məsələn, məlumat ili ərəfəsində Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfərin saxlanılması faktını deyə bilərəm. Həmin əcnəbilər öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiya insan alverinə yol açan amildir. Əlbəttə ki, bütün bunlar sosial şəbəkələr üzərindən edilib”.

Komitə sədri Siyavuş Novruzov əvvəlcə spiker Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin xarici səfərlərinin əhəmiyyətindən bəhs etdi. Həmçinin xanım sədrin deputatların qaldırdığı məsələlərə çox diqqətlə yanaşdığını xüsusi vurğuladı və deputatların kompüterlərinin yenilənməsinə görə spikerə minnətdarlığını bildirib.

Daha sonra komitə sədri Milli Koordinatorun illik məlumatına müsbət münasibətini ifadə etdi: “Bu gün daxili işlər orqanları hörmətli Vilayət müəllimin rəhbərliyi ilə çox böyük işlər aparılır. Qarşıdan COP29 gəlir, bu mənada gərgin iş fəaliyyəti gözləyir, biz də gərək daxili işlər orqanlarına təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin etmələri üçün dəstəyimizi əsirgəməyək. İnsan alverindən danışan komitə sədri qeyd etdi ki, Azərbaycanda insan alverinin xüsusi bir forması var, buna qarşı da ciddi mübarizə aparmalıyıq, bu da siyasi alverdir. İstər Milli Şura rəhbərliyi, istər xaricdə oturan blogerlər, digər şəxslər gəlir əldə edirlər. Heç bir siyasi fəaliyyəti olmayan şəxslərə arayış satanlara, həmin şəxslərin xarici ölkələrdə status almasına çalışanlar da araşdırılmalı və cəzalandırılmalıdır. Birisi gəlib Fəvvarələr meydanında bir şəkil çəkdirir, sonradan o şəkli yayır ki, guya bu mitinq təşkil etmək istəyirmiş, təzyiqlərə məruz qalıb. Bununla da xaricdə status almağa çalışır, təhqirlər yayır. Hamısı maşın alverçiləri, ali təhsili olmayanlar, oğrular yığışıblar ora, Azərbaycana qarşı fəaliyyət göstərirlər”. 

S.Novruzov Milli Koordinatora xitabən bildirdi ki, xaricdə oturub təhqiramiz çıxışlar edən şəxslərin də ekstradisiyası ilə ciddi məşğul olmaq lazımdır.

Müzakirələrdən sonra Milli Koordinatorun məlumatı qəbul edildi. Daha sonra gündəlikdəki digər məsələlər də müzakirəyə çıxarılaraq təsdiqləndi.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər müşayiət edən şəxslər helikopter qəzasında həlak olublar: “Bu faciə ilə əlaqədar biz dost və qardaş İran xalqının kədərinə şərik oluruq və həlak olanlara Allahdan rəhmət, onların yaxınlarına və bütün İran xalqına səbir diləyirik”. Spikerin təklifi ilə iclasda qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi – VİDEO

Next

Hərbçilərin pensiyası ilə bağlı dəyişiklik

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv