Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Biri Serjikdi, bəs digərləri?

By Vüsal Rafiqoğlu
05.06.2024 3 Min Read

Uğursuz keşişin etirafı, revanşistlərin növbəti fiaskosu və Azərbaycanın diktəsi ilə sülhə aparan yol…

Ermənistanda xeyli müddətdir daxili qarşıdurmalar yaratmaqla hakimiyyəti ələ keçirməyə çalışan Baqrat Qalstanyan liderlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının eks-prezidentlərlə, daha dəqiqi onlardan biri ilə əlaqəsinin olduğunu etiraf edib. İyunun 4-də jurnalistlərin suallarını cavablandıran uğursuz keşiş bildirib ki, o, Ermənistanın sabiq dövlət başçısı Serjik Sarkisyanla görüşüb: “Keçmiş prezidentlər arasında mən ancaq Serj(ik) Sarkisyanla görüşmüşəm. Digərləri ilə görüşmək mümkün olmadı. Onlardan heç bir istək gəlmədi, mən də onlarla görüşmədim.”

Ancaq Qalstanyanın təkcə Serjiklə deyil, digər bir eks-prezidentlə – “Qarabağ klanı”nın əsas fiqurlarından sayılan Robert Koçaryanla da əlaqələri barədə məlumatlar yayılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti onların mütəmadi olaraq oteldə görüşlər keçirdiyini bəyan edib. Baş nazir Nikol Paşinyan əleyhinə hərəkatın ölkə daxildəki təşkilatçılarından birinin kimliyi isə etirazların başlandığı ilk gündən məlumdur. Bu, uzun müddətdir ki, Paşinyanın hədəfinə çevrilmiş bütün ermənilərin katalikosu II Qaregindir. Onun timsalında Erməni Apostol Kilsəsi hakimiyyətin əsaslı tənqid və ittihamları qarşısında fəaliyyəti üçün yaranmış təhlükənin fərqində olduğu üçün tarixində ilk dəfə olaraq “qara pərdə”sini ataraq aktiv siyasi fəaliyyətə qoşulub. Bu da faktdır ki, “Vətən naminə Tavuş” hərəkatı təkcə daxildəki “üçbucaq”dan deyil, ölkə xaricindəki bəzi dairələr tərəfindən də dəstəklənir. Ancaq bütün bunlara baxmayaraq revanşistlərin Paşinyanı devirmək arzularının növbəti dəfə ürəklərində qalması, etiraz aksiyalarının nəticəsiz yekunlaşması, Qalstanyanın rəhbərlik etdiyi hərəkatın fiaskoya uğraması onların Ermənistan ictimaiyyəti arasında öz nüfuzlarını və sosial bazalarını tamamilə itirdiyini göstərir. Bunu “baş nazir postuna yeni namizəd” olan keşişin son günlərdə öz ətrafına topladığı tərəfdar sayı da sübut edir. Belə ki, Ermənistan hakimiyyəti tərəfindən Qazax rayonunun işğal altındakı qeyri-anklav Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılmasından və bu istiqamətdə iki dövlət arasında sərhədin delimitasiyasına start verilməsindən dərhal sonra başladılan etiraz aksiyalarına onminlərlə erməni qatılmışdısa (Ermənistanın bəzi KİV-ində yer alan iddialara görə, həmin etirazlarda iştirak edənlərin sayını artırmaq məqsədilə təşkilatçılar tərəfindən vətəndaşlara müəyyən məbləğdə pul ödənilib-M.R.) indi uğursuz keşişin ətrafında cəmi 200-300 nəfər qalıb. Sıraları tamamilə seyrəlmiş etirazçıların bu gedişlə Paşinyan əleyhinə hansısa nəticəyə nail ola biləcəyinə isə indi prosesin təşkilatçılarının özləri də inanmırlar. Belə demək mümkünsə, revanşistlərlə baş nazir qarşıdurmasının növbəti raundunu da Paşinyanın aktivinə yazmaq olar…

Beləliklə də, Ermənistanda proseslərin bu yöndə inkişafı erməni ictimaiyyətinin sabiqlərin müharibə ritorikasına qarşı olduğunu və hakimiyyətin sülh danışıqlarında irəliləyişin əldə edilməsi, sülh müqaviləsinin imzalanması istiqamətindəki addımlarını dəstəklədiyini göstərir. Bu isə Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə qazandığı şanlı Qələbə və 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin nəticələrinin formalaşdırdığı reallıqlar fonunda regionda dayanıqlı sülh üçün əlverişli şəraitin yarandığını deməyə əsas verir.

Ümumiyyətlə, son vaxtlar istər Ermənistanın siyasi rəhbərliyi, istərsə də dünyanın bir sıra böyük dövlətləri Azərbaycanın sülh təşəbbüslərinə daha konstruktiv yanaşma nümayiş etdirirlər ki, bu da tezliklə sülh müqaviləsinin imzalanacağına ümidləri artırır. Ermənistanın baş naziri aparatının bir neçə gün əvvəl “sülh müqaviləsinin imzalanmasının vacibliyi” ilə bağlı bəyanatını da bu mənada müsbət qiymətləndirmək olar. Azərbaycanın uzun müddətdir diktə etdiyi sülh gündəminin beynəlxalq müstəvidə də qəbul edilməsinin ən böyük sübutu isə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz –  “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda yer alan fikirləridir. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuduğu məktubda Bakı və İrəvan arasında sülh sazişinin Cənubi Qafqazı, eyni zamanda, Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcəyi bildirilir.

Müraciətdə qeyd olunur ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir: “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın.”

Əslində, Cənubi Qafqazda dayanıqlı sülh imkanı birmənalı olaraq Azərbaycanın yaratdığı reallıqlardan sonra formalaşıb və İkinci Qarabağ müharibəsinin nəticəsi Azərbaycanın təkcə regionda deyil, dünyadakı mövqelərini onun xeyrinə tamamilə dəyişib. İstər Ermənistan rəhbərliyinin son konstruktiv davranışları, istərsə də ABŞ Prezidentinin müraciətindəki qeyd edilən məqamlar isə bir daha təsdiq edir ki, hər kəs Azərbaycanın liderliyini qəbul etməlidir. Çünki Azərbaycan artıq proseslərin sıradan bir iştirakçısı deyil, onun inkişafına istiqamət verən, öz maraqlarını diktə edən güclü oyunçudur.

Mahir Rəsuloğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Ermənistan qeyri-müəyyən xarici siyasətini davam etdirdikcə, Paşınyan hakimiyyətinə inam azalacaq”-STM-in icraçı direktoru

Next

Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv