Bakıda bir nəfər dənizdə batıb

Bakıda bir nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.