Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub.

ARANTV.AZ  bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”.