Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət evində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir təşkil edilib.
ARANTV.AZ-ın xəbərinə görə , tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. Ardınca vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.
Tədbirdə Azərbaycan ordusunun yaranma tarixindən , keçdiyi şərəfli yoldan danışılıb, vətənpərvərliyi tərənnüm edən şer və mahnılar ifa olunub.
Musa Muradlı- Media1.az









