Turizmlə bağlı yeni standartlar hazırlanır

Turizmlə bağlı yeni standartlar hazırlanır

Azərbaycanda turizmlə bağlı 20 dövlət standartı hazırlanır.

“Ölkə.Az”ın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, sözügedən standartlar Standartlaşma üzrə Texniki Komitə tərəfindən hazırlanır:

“Hazırda Azərbaycanda turizm üzrə 11 dövlət standartı mövcuddur. Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) isə bu sahədə 57 standart mövcuddur”.