Zaqatalada idarə əməkdaşı iş başında ÖLDÜ

Zaqatalada idarə əməkdaşı iş başında ÖLDÜ

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında ölüb.

Hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.

İdarədə elektrik işləyən, 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev təmir işləri aparan zaman nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.//Lent.az