Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şuşada yeri görünən prezident…

By Vüsal Rafiqoğlu
10.07.2024 3 Min Read

“Qardaş Türkmənistanın prezidenti də azad edilmiş şəhərlərimizdə olacaq”

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bu dəfə Şuşada. Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatının (TDT) liderləri iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü çərçivəsində Qarabağ Bəyannaməsi imzalayıblar. 

Sənədə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz imza atıblar.

Məlumdur ki, TDT-də hələ ki Türkmənistan xaric, 5 Türk dövləti birləşib. O da bəllidir ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri artıq azad edilmiş Qarabağda olublar. Hətta bəziləri iki dəfə. Bundan əlavə, Azərbaycana təmənnasız olaraq təhsil obyektləri inşa edərək hədiyyə ediblər. Qardaş Türkiyənin yaxşılıqlarını isə saymaqla bitməz.

Həmçinin Belarus prezidenti Lukaşenko Qarabağı gəzib, Şuşaya baş çəkib, ərazilərin bərpasına ölkəsinin töhfə verəcəyini bildirib. Eləcə də Macarıstanın baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar.

Ancaq maraqlıdır ki, təkcə Türkmənistan bu prosesdə yoxdur. Üstəlik, onun prezidenti hələ də Qarabağa, Şuşaya ayaq basmayıb. Görəsən, niyə?

Millət vəkili Hikmət Babaoğlu yeni kompüter həvəsinə düşüb | KONKRET

Hikmət Babaoğlu 

Parlamentin keçmiş üzvü Hikmət Babaoğlu “Yeni Müsavat”a öncə onu bildirdi ki, Şuşada keçirilən zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycan Prezidentinin andiçmə mərasimində “Türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur” çağırışının bəyannamə əsasında hüquqi-siyasi statusa çevrilməsi hadisəsidir: “Əgər Qarabağ Bəyannaməsinin biz ayrı-ayrı bəndlərinə diqqət etsək görəcəyik ki, burada Transxəzər nəqliyyat dəhlizindən, yaşıl enerji dəhlizlərindən tutmuş, Orta Şərq dəhlizinin həyata keçirilməsi ilə bağlı mühüm ortaq iradə nümayiş etdirilir. Bu da Türk Dövlətləri Təşkilatının vahid iqtisadi, siyasi, mədəni məkanda institutlaşmasının başlanğıcı hesab edilə bilər.

Bəyannamənin preambula hissəsində qeyd olunur ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr ortaq etnik kökdən, ortaq dildən, ortaq mədəniyyətdən, ortaq dəyərlərdən gələn xalqlardır. Bu iqtisadi-siyasi birliyin əsasında da məhz bunlar duracaq. Uzun illər öncə əcdadlarımızın arzuladığı fikirdə, düşüncədə, əməldə birlik çağırışının bu gün reallaşmasıdır. Ona görə də tarixi hadisədir. Əlbəttə ki, türk ailəsi tablosunun tamamlanması üçün hələ xeyli ştrixlər əlavə edilməlidir. Siyasi, iqtisadi, etnomədəni ştrixlər əlavə olunmalıdır ki, bu da növbəti mərhələdə baş tutacaq.

Konkret Türkmənistana gəldikdə isə biz bilirik ki, qardaş ölkə Azərbaycanla, Türkiyə ilə, o cümlədən digər türk dövlətləri ilə çox isti münasibətlər qurmağa başlayıb. Elə bu yaxınlarda Xəzər dənizindən keçməklə türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəql olunması özü-özlüyündə mühüm bir hadisədir. Hansı ki, cəmi bir neçə il öncə bunu ağlımıza belə gətirə bilməzdik. Ona görə də mənə elə gəlir ki, qardaş Türkmənistanın hazırkı təmkinli mövqeyini başa düşmək olar. Çünki Türkmənistan neytral ölkə statusunu qəbul edib.

Ona görə də hər hansı digər beynəlxalq təşkilatla əlaqələr yaratması, onu hansısa kontekstdə dərinləşdirməsi kimi məsələlər, görünür, müəyyən mərhələ tələb edir ki, bu mərhələdən sonra qardaş ölkə bu istiqamətdə addımlar atsın. Heç kəsin şübhəsi yoxdur ki, qardaş Türkmənistanın çox hörmətli prezidenti də Şuşada, digər azad edilmiş şəhərlərimizdə olacaq. Türkmənistan da türk dövlətləri ailəsinin bir üzvünə çevriləcək”.

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

 Ceyhun Məmmədov

Öz növbəsində Milli Məclisin sabiq üzvü Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan Qarabağı yenidən qurur, dirçəldir: “Bu prosesdə Azərbaycanla yanaşı, qardaş türk dövlətləri də fəal iştirak edir. Azərbaycan bütün türk dövlətlərinin Türk Dövlətləri Təşkilatında birgə olmasında maraqlıdır. Birliyimizin güclənməsi üçün Azərbaycan bütün lazımi tədbirləri görür. Şuşada Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin qeyri-rəsmi zirvə görüşü çox önəmli, əhəmiyyətli tədbir kimi tarixə düşdü.

Türkmənistan isə ümumiyyətlə, beynəlxalq tipli təşkilatlarda təmsilçilik məsələlərində fərqli mövqedə olan dövlət kimi tanınır, beynəlxalq təşkilatlarda təmsil olunmamaq siyasəti həyata keçirir. Görünür ki, bu siyasətinə görə də hələlik Türk Dövlətləri Təşkilatında da təmsil olunmur. Yəni bu, heç də o demək deyil ki, Türkmənistan qardaş türk dövlətlərindən özünü tamamailə uzaqda tutub. Türkmənistanın Azərbaycanla çox yaxşı, qardaşlıq əlaqələri mövcuddur. Hesab edirəm ki, zamanla Türkmənistan da Türk Dövlətləri Təşkilatında olacaq. Dünyada cərəyan edən proseslər Türkmənistanı da Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərməyə vadar edəcək. Zaman gələcək biz bunun şahidi olacağıq”.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdımuhəmmədov son dəfə ötən ilin martında Azərbaycanda səfərdə olub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Övladlığa götürmənin gizli saxlanması necə təmin olunur?

Next

Şəhid xanımının qətlinin PƏRDƏARXASI: Əlləri ilə boğduqdan sonra nəfəs alıb-almadığını yoxlayıb

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv