Laçında tekstil fabriki fəaliyyətə başlayacaq

Laçında tekstil fabriki fəaliyyətə başlayacaq

Bu ilin sonuna qədər Laçında tekstil fabriki fəaliyyətə başlayacaq.

Bunu “Report”un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Nəsimi Əsədov deyib.

O qeyd edib ki, həmin fabrikdə 100-ə yaxın laçınlı qadın işlə təmin olunacaq: “Bununla bərabər bir sıra sənaye müəssisələrinin də fəaliyyətə başlaması nəzərdə tutulur”.