Bu günün qeyd edilməsi dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırır və xəstəliyin yayılmasının qarşısının alınmasında effektli tədbirlərin həyata keçirilməsini əhəmiyyətli hesab edir.
