Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Özü getdi, izi qaldı – COVİD-19-un bitməyən uzaq fəsadları

By Vüsal Rafiqoğlu
06.08.2024 3 Min Read

COVİD-19-dan sağalanlar infeksiyadan 2-3 il sonra belə depressiya, narahatlıq, yorğunluq və yaddaş problemlərindən əziyyət çəkirlər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər.

Tədqiqat diqqət və yaddaş testlərində zəif nəticələr də daxil olmaqla, davamlı və əhəmiyyətli simptomlar aşkar edib. Bir çox iştirakçı depressiya, narahatlıq və yorğunluğun artdığını, habelə illər sonra yeni simptomların ortaya çıxdığını bildirib. Respondentlərin dörddə birindən çoxu isə səhhətin pisləşməsi və qeyri-qənaətbəxş iş nəticələrinə görə işlərini dəyişmək məcburiyyətində qalıb.

Ümumiyyətlə, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı deyil. Son vaxtlar qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb ki, bunun da səbəbini əksəriyyət koronavirus əleyhinə vurulan peyvəndlərdə görür.

Lakin bunun əksini söyləyənlər də var. Məsələn, Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVİD-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər. Belə ki, “Nature Communication” jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır. Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib. İkinci dozadan sonra belə hallar “AstraZeneca” peyvəndindən sonra 27 faiz, “Pfizer”/”Biotech” peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.

Həmçinin COVİD-19 vaksinləri ilə əlaqəli, məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib. Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.

Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVİD-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVİD-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.

Bəs COVİD-19-un bu kimi uzaq ağır fəsadları xəstəliyi orta ağır və yüngül keçirənlərdə və peyvənd olunanlarda da özünü göstərə bilərmi, göstərirmi? Nə etməli? Qidalanmada nələrə diqqət etməli?

Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hazırda pandemiya Ümumdünya Səhiyyə Təşkilatının raportu ilə bitdiyi elan olunub. Lakin hələlik  xırda epidemik ocaqlar davam edir, çünki Omikron ştammının mutasiya variantları davam edir.

Ümumiyyətlə, COVİD-19 virusu keçirənlərin çox ciddi travmatik fəsadlar yaşadığının, sinir sistemində dəyişikliklər olduğunun, xərçəng, autizm xəstəliklərinin artmasının şahidi oluruq. Lakin məsələ burasındadır ki, dünyanın böyük elmi mərkəzləri, o cümlədən Oxsford, Kembric, Harvard və sairə tibb məktəblərinin çox ciddi araşdırmaları var və onların nəticələri yavaş-yavaş elan olunmaqdadır. Yəqin ki, yaxın vaxtlarda bütöv nəticələr bildiriləcək. Elan etdikləri nəticələr onu göstərir ki, COVİD-19 keçirən insanlarda dəyişikliklər çox ciddi şəkildə qalır, nəinki  vaksinasiya olunanlar. Amma hesab edirəm ki, həmin mərkəzlərin məlumatlarından sonra necə davranmaq lazım olduğu haqda da tövsiyələr olacaq və biz o istiqamətdə davranmalı olacağıq”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov qeyd edib ki, kifayət qədər pasiyent COVİD-19-dan sonra əhvallarının pisləşməsindən, uzunmüddətli narahatlıqlardan bəhs edir, hətta peyvənd olunan yerin narahatlıq yaratdığını bildirir: “Əlbəttə ki, hər bir xəstəlik özündən sonra orqanizmdə müəyyən bir iz qoyur, hansısa orqan və sistemləri daha əlverişsiz vəziyyətə gətirib çıxarır. Məlum olduğu kimi, COVİD-19 həm də sistem xəstəliyidir, orqanizmi ciddi zədələyir. Bundan başqa, müalicəsində də orqanizmə zərər vura bilən çox sayda dərmanlardan istifadə olundu ki, bu da fəsadlar yarada bilir. Bütün bunların üzərinə həmin dövrdə insanların yaşadığı dəhşətli sistemi də əlavə edəndə, sinir sisteminin nə qədər çox yükləndiyini görürük. Yəni COVİD-19 bütövlükdə həm ayrı-ayrı orqanlara, həm də ürək-damar, sinir sisteminə ağrı zərbə vuran xəstəlikdir, bu baxımdan xəstəlikdən sonra insanlarda müəyyən narahatlıqların qalması anlaşılandır.

Bəs nə etməli? İlk növbədə ailədə, evdə, işdə psixologiyanın yaxşılaşması üçün müəyyən şərait yaratmaq lazımdır. Bundan başqa, bəzi gündəlik normal həyatdan uzaqlaşıb, istirahət etmək lazımdır. Orqanizmdə qida, energetik balansı düzgün tənzimləmək, təmiz havada çox olmaq, stressdən uzaqlaşmaq lazımdır.

Ən əsası, mütəmadi olaraq həkim müayinəsinə getmək lazımdır. Əgər sistem və orqanizmdə hansısa dəstəyə ehtiyac varsa, bunları da həkimin köməkliyi ilə onun təyinatına uyğun şəkildə həyata keçirmək lazımdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA

Next

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv