Erkən yaşlardan üzgüçülük ilə məşğul olmaq daha sağlam və gümrah olmaq deməkdir. Əgər siz övladınız üçün zərərsiz idman növü axtarışındasınızsa üzgüçülük əla seçimdir.
Üzgüçülüyün uşaqlarda faydası:
• İmmuniteti gücləndirir. Güclü immunitetə sahib olan orqanizm ətraf mühitdəki dəyişiklərə daha tez adaptasiya olur və az xəstələnirlər.
• Fiziki inkişaf. Üzən zaman demək olar ki bütün əzələ qrupları işləyir. Bədən qaməti yaxşılaşır, düz və sağlam onurğaya sahib olmaq olur.
• Stressdan azad edir. Suda üzmək həmişə müsbət emosiya bəxş edir. Əgər sizin uşağınız çox aktiv və aqressivdirsə üzgüçülük enerji sərf etməyə imkan verəcək və sakitləşdirici təsir göstərəcək.
• Orqanizmə faydası. Ürək qan dövranı və sinir sistemini yaxşılaşdırır. Və bu da balaca idmançıların hərtərəfli sağlamlığını gücləndirir.
Uşaqları üzgüçülük dərslərinə yazdırmamışdan qabaq mütləq həkim nəzarətindən keçirtməyiniz tələb olunur.

Posted inCəmiyyət