Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu fırıldaqçılara DİQQƏT! – Xaricdə təhsil adı ilə…

By Vüsal Rafiqoğlu
08.08.2024 2 Min Read

Hüquqşünas: “Bu şirkətlərin heç birinin lisenziyası yoxdur”

Ali məktəblərə qəbul imtahanlarının nəticələri artıq bəllidir, abituriyentlər son mərhələni – apelyasiya şikayəti mərhələsini də geridə qoyublar. Avqustun 9-dan ixtisas seçimi başlayacaq. Bu il ölkədə 90 minə yaxın abituriyent ali məktəblərə qəbul olmaq üçün müraciət edib, qəbul planı isə 60 min civarındadır. Hər il olduğu kimi, bu il də xaricdə təhsil almaq istəyənlər az deyil. Sosial şəbəkələrdə də “xaricdə təhsil” reklamları tüğyan edir. Onların əksəri isə valideynləri tora sala bilər. Belə ki, kifayət qədər fırıldaqçılıq elementləri sezilən təkliflər var. Aldanmamaq üçün təhsil şirkəti seçərkən hansı məqamlara diqqət etmək lazımdır?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, xaricdə təhsil şirkəti ilə müqavilə bağlamazdan əvvəl şirkətlə bağlı araşdırma etmək vacibdir. Şirkətin fəaliyyət göstərdiyi müddət, nailiyyətləri araşdırılmalıdır:

“Bu gün xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur. Hər hansı bir lisenziya almayıblar. Vergi ödəyicisi kimi qeydiyyatdan keçib işə başlayıblar. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər. Bu gün əksəriyyəti təhsil yox, diplom düşündürür. Buna görə də xaricdə imtahansız təhsil onları maqnit kimi özünə çəkir. Çox vaxt bu cür diplomlar Azərbaycanda tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur”.

Natiq Ələsgərov deyib ki, vətəndaşlarımız məlumatsızlıq səbəbindən xaricdə təhsil fırıldağının qurbanına çevrilirlər: “Belə fırıldaqlar olsa da, xaricdə təhsil almaq üçün vətəndaşlarımızın can atması da başadüşüləndir. Azərbaycan təhsil sistemi yetkin mütəxəssis yetişdirmir. Bu problemin həlli üçün ilk növbədə peşəkar və təcrübəli müəllimlər yetişdirmək əsas şərtdir. Bu gün Azərbaycanda müəllimlərin peşəkarlığının və təcrübəsinin az olması, tələbələrin öyrənmə prosesinə mənfi təsir edir. Müəllimlərin müasir tədris metodlarından istifadə etməməsi tələbələrin təhsilində geriləməyə səbəb olur və onların öyrənmə imkanlarını məhdudlaşdırır. Müəllimlərin peşəkarlığının artırılması üçün müəllimlərin təlim və təkmilləşdirilmə proqramlarına qatılması təşviq edilməli, müəllimlərə müasir tədris metodları və texnologiyaları ilə tanış olmaq imkanları yaradılmalıdır. Eyni zamanda müəllimlərin iş yükünün düzgün tənzimlənməsi və onlara layiqli maaş və sosial imtiyazların verilməsi də önəmlidir. Bundan başqa, təhsil müəssisələri ilə iş dünyası arasında daha güclü əlaqələrin qurulması, təcrübə proqramları və işə düzəlmə imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda tələbələrə karyera planlaşdırması və iş axtarışı bacarıqlarını inkişaf etdirmək üçün lazımi dəstəyin verilməsi də önəmlidir. Azərbaycanlı tələbələrin təhsil sahəsində üzləşdiyi əsas problem təhsil keyfiyyətidir. Bu problemlərin həlli üçün təhsil sisteminin yenilənməsi, infrastrukturun yaxşılaşdırılması, maliyyə və psixoloji dəstək imkanlarının artırılması vacibdir. Eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, təhsil sisteminin daha effektiv olması və tələbələr üçün karyera və iş təcrübəsi imkanlarının genişləndirilməsi vacibdir. Tələbələrin qarşılaşdığı bu problemlərin həlli, onların daha parlaq gələcəyə sahib olmalarına xidmət edəcək. Azərbaycanın təhsil sistemi beynəlxalq səviyyədə rəqabətə davamlı olmasa, xaricdə təhsil cəlb edənliyini qoruyub saxlayacaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbi təyyarələr Zəngəzura nə üçün gəlib? – VİDEO

Next

Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv