Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gənclər niyə dəbə uyğun peşə seçir? – tövsiyə

By Vüsal Rafiqoğlu
08.08.2024 4 Min Read

Valideyn müdaxiləsi, trendlərə aludəçilik – ixtisas seçərkən bunlardan qaçın! 

İlin bu ərəfələrində Azərbaycan cəmiyyətində ən geniş müzakirə olunan məsələ heç şübhəsiz ki, abituriyentlərin ixtisas seçimidir. Kim gələcəkdə hansı sənətin yiyəsi olmaq istəyir? Bu seçimini məntiq və ya xəyallarına əsasən edir? Valideyn təzyiqi, arzusu və ya yönləndirməsi burada nə qədər rol oynayır?

Müşahidələr göstərir ki, gənclər ali məktəblərə hazırlaşanda ixtisas seçimi ya trendə uyğun, ya da valideynlərin arzusu ilə olur. Nəticə etibarilə ali məktəbdə təhsil alan gəncin ixtisasına sevgisi yoxdursa, yəni özü seçim etməyibsə, gələcəkdə peşəkar ola bilməz. Çünki öz karyerasını qurmaq istəyən gənclər yiyələndikləri ixtisasa uyğun çalışmayacaqlar, bacardıqları işlə məşğul olacaqlar. Məsələn, hansısa bir peşə sahibi digər sənət üzrə peşəkarlaşır. Ona görə də gənclərə mütləq seçim tanımaq lazımdır. Peşəsini özü seçən gənc gələcəkdə işinə daha məsuliyyətli yanaşır.

Gənclər istədikləri peşəni tapana qədər seçimlərini tez-tez dəyişə bilərlər. Gənclər üçün peşə seçmək yox, istədikləri peşəyə yiyələnmələri önəmlidir. Onlara istiqamət vermək, yollar göstərmək, nümunələr təqdim etmək lazımdır. Gənclər uğur hekayələrini özlərinin yazacaqlarını bilməlidirlər. Onlara trendləri təbliğ etmək lazım deyil. Çünki trendlər müvəqqətidir. Hansı peşəyə sahib olacağımızdan asılı olmayaraq, insanlara xidmət etməyi bacarmalıyıq. 

Psixoloji araşdırmalar göstərir ki, peşə seçimini düzgün etməyib sevmədiyi işdə çalışan insanın faydalılıq əmsalı heç vaxt yaxşı ola bilməz. Gənclərin əksəriyyətinin yanlış ixtisas seçdiyi və nəticədə işsiz qaldıqları məlum məsələdir. Hər bir insanın öz sevdiyi, potensialı olan işdə çalışması daha yaxşıdır. Valideynlər peşə seçimi zamanı mütəxəssislərə müraciət etməlidirlər. Valideynlər çox vaxt övladlarının potensiallarını, bacarıqlarını, komplekslərini nəzərə almadan öz arzu və istəklərinə yönəldirlər. Nəticədə gənc öz ambisiyalarından düzgün istifadə edə bilmir. Psixoloqlar eyni zamanda bildirirlər ki, ixtisas və peşə seçməmişdən əvvəl gəncin yeniyetmə yaşlarında olan travmaları, kompleksləri öyrənilməlidir. Bəzən gənclər potensialı olmasına baxmayaraq, öz istəyi ilə yiyələndiyi peşədə özünü doğrulda bilmir. Bunun səbəbi isə sosial komplekslərinin olmasıdır. Psixoloqlar ixtisas seçimi zamanı gəncin xarakterini, qabiliyyətini, şəxsiyyətin özünün daxili resurslarını, temperamentini, sosial komplekslərini nəzərə alaraq faydalı iş əmsalını ortaya çıxarmaq üçün psixoloji hesabat çıxarırlar. Bunun üçün də psixoloqlarda xüsusi testlər olur. Həmin bu testlər vasitəsilə gəncin şəxsi keyfiyyətləri ortaya çıxarılır. Əgər uşağın daxili problemi varsa, silsilə metodikaların köməyi ilə şəffaf qərar qəbul edilir və valideynləri övladlarının əslində hansı ixtisasa uyğun olduğu barəsində məlumatlandırılır. Amma yenə də qarşılıqlı anlaşma yolu ilə gəncin öz seçimi olmalıdır.

Araşdırmalar göstərir ki, Azərbaycanın ali təhsil ocaqlarında bir çox ixtisaslar üzrə kadr hazırlanır. Ancaq həmin ixtisaslara əmək bazarında tələbat yoxdu. Belə olan halda isə bəzi abituryentlərin ixtisas secməsi, sadəcə, ali təhsil almaq zərurətindən irəli gəlir. İndi ali təhsil almaq dəbdədir. Buna görə əksəriyyət ali məktəbə can atır, nəticədə də işsiz qalırlar.

İnformasiya-kommunikasiya və iqtisadiyyat ixtisaslarına əmək bazarında tələbat hiss olunur. Təhsil ekspertləri isə bildirir ki, son illər gənclər daha çox dəbə uyğun ixtisas seçir. Halbuki tələbə ixtisas secərkən öz taleyini də müəyyənləşdirir. Ümumən isə dəbə görə ixtisas secmək ənənəsi elə sovet dövründən mövcud olub.

Ümumiyyətlə, ixtisasla bağlı düzgün seçim necə edilməlidir? İxtisas seçərkən ilk ikisi topladığı baldan bir az yuxarı bal tələb edən ixtisaslar yazılmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

Ümumən bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Üç xüsusiyyət – üç tapmacadır. Sizi xarakterizə edən üç əsas keyfiyyətinizi müəyyən edin. Çox vaxt bu təhlil metodu sizi axtardığınız cavaba doğru aparacaq. Xarakterinizin bir xüsusiyyətini deyil, üçünü birlikdə təhlil edin. Məntiqinizin səsi bu mümkün deyil deyə səslənə bilmədiyi zamanlarda, uşaq olarkən nəyi arzu edirdiniz? Güclü olmağı və hər kəsə qalib gəlməyi arzu edirdiniz? Ola bilsin, siz gələcəyin idmançısısınız. İnsan peşəsinə qarşı sevgi, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə də hər zaman sayılan və seçilənlərdən olacaq. Arzulayın və arzunuza doğru gedin.

Doğru peşəni necə seçməli? 

Elmi araşdırmalar da sübut edib ki, ümumiyyətlə, peşə seçimi zamanı bir çox amillər əsas götürülməlidir. Birincisi, peşə seçiminə ömürlük seçim kimi baxmaq lazımdır. Əmək bazarındakı vəziyyəti təhlil etmək, hər il yeni-yeni peşələrin əmələ gəldiyinə diqqət yetirmək də mühüm məqamlardandır.

Peşənin nüfuzuna görə seçimi etmək də ciddi bir variantdır.

Peşələrə münasibətdə cəmiyyət üçün bir sıra əhəmiyyətli peşə və məşğuliyyət növlərinin yaraşmaz olması haqqında səhv fikirlər özünü büruzə verir (məsələn, zibil təmizləyən).

İqtisadçı və ya psixoloq cəmiyyət üçün faydalılığına görə kimyaçı və ya çilingərdən qətiyyən artıq deyil. Yalnız öz maraq və bacarıqlarınız hesaba alındıqdan sonra peşənin nüfuzu nəzərə alınmalıdır. Əks halda, “dəbdə olan”, amma məmnuniyyət hissi gətirməyən ixtisas sahibi olacaqsınız. Ya da nə olursa-olsun, əsas vəzifə öhdəliklərinin icrası üçün yararsız olacaqsınız…

Özünüzə uyğun peşə seçmək üçün 5 yol

Özünüzü tanıyın: maraq və bacarıqlarınızı müəyyənləşdirin;

Karyera imkanlarını araşdırın;

Təhsil və təlimat seçimləri;

Staj və təcrübə qazanın;

Peşəkarlardan məsləhət alın.

Yazını hazırladı: Sevinc TELMANQIZI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəldi

Next

Hərbi təyyarələr Zəngəzura nə üçün gəlib? – VİDEO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv