Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycana “dezo hücumu” – xüsusi idarə yaratmaq zamanı

By Vüsal Rafiqoğlu
14.08.2024 3 Min Read

Ölkəyə qarşı sistemli dezinformasiya daha da intensivləşib; bununla mübarizə və kommunikasiya mərkəzi təsis oluna bilər

Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiyanın son aylar daha da intensivləşməsi müşahidə olunur. Müasir dünyada informasiya məkanı dövlətlərin həm də coğrafi ərazisinin ayrılmaz hissəsidir. Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar.

Yada salaq ki, həftəsonu  İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

“Kan” qeyd edib ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır və Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.

Ardınca Azərbaycan Media Agentliyi bu informasiyanı “dezinformasiya” adlandıran bəyanat yaydı və bildirildi ki, “Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “İran İnternational” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar”.

Məlumatda qeyd olunub ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyaları ciddi şəkildə qınanılır: “Eyni zamanda bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik”.

“Kan” televiziyasının yaydığı məlumatdan sonra İran tərəfində Azərbaycana qarşı olan qüvvələr tərəfindən hədələyici bəyanatlar səsləndirilir. Yerli ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə baş verən proseslərə Azərbaycanı da qoşmaq niyyətində olan qüvvələr dezinformasiyalar yaymaqla ölkəmizə qarşı təxribata cəhdlər edirlər.

Qeyd edək ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Rəsmi Bakı dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib. Öz növbəsində, Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib. İranın Kürdüstandakı və Azərbaycandakı İsrail obyektlərinə zərbə endirməsi mümkünlüyü haqqında məlumat şənbə günü Britaniyanın “The Telegraph” qəzetindəki nəşrdən sonra yayılmışdı. Bu nəşrdə prezident Pezeşkianın köməkçilərindən birinin Kürdüstan və Azərbaycanın liderlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki obyektlərinə şərti zərbə endirmək İsrailin özünə qarşı böyük müharibəyə başlamaqdan daha yaxşı olduğu haqqında sözlərindən sitat gətirilib.

Dünyada ayrı-ayrı KİV-lər və müvafiq qurumlarla bu tip dezinformasiya ilə mübarizə aparmaq, yaxud onu təkzib etmək kimi təcrübə yoxdur. Bu xüsusi spesifik yanaşma tələb edən bir işdir. Bu gün dünya informasiya məkanında yalanın və dezinformasiyaların xüsusi çəkisi artır. Bu ona qarşı mübarizəni də aktuallaşdırır. Məsələn, ABŞ Senatı hələ Ukrayna müharibəsindən əvvəl Rusiyanın dezinformasiya siyasətinə qarşı mübarizə aparmaq üçün 200 milyon dollar vəsait ayırmışdı. Bu işlə xüsusi mərkəzlər məşğul olur. Ölkəmizə qarşı dezinformasiya hücumuna qarşı çıxmaq üçün əlbəttə ki, sistemli və düşünülmüş, ardıcıl iş aparılmalıdır. Qeyd edək ki, qardaş Türkiyədə dezinformasiyaları aşkarlamaq və zərərsizləşdirmək məqsədilə xüsusi mərkəz təsis edilib. Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzinin yaradılması təklif olunsa da, bu proses ləngiyir.

 Vüsal Məmmədov 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov qeyd etdi ki, belə bir mərkəzin yaradılması zəruridir: “Hətta deyərdim ki, bizə hava-su kimi lazımdır. Xüsusən də müharibədən sonra Azərbaycan əleyhinə hibrid müharibə güclənib, təhdid xarakterli, yalan və böhtanlarla dolu məlumatların tirajlanması artıb. Ona görə informasiya işini bilən, dezinformasiya mexanizmlərinə bələd olan operativ qərargah yaratmaq vacibdir”. V.Məmmədovun sözlərinə görə, Qərb informasiya məkanından, həmçinin Ermənistandan Azərbaycana qarşı dezinformasiya hücumları artıb: “Özəlliklə də bir günlük antiterror əməliyyatından sonra Qərb mənbələri hadisələri yanlış şəkildə təqdim etməyə başladılar, Azərbaycanı əsassız yerə etnik təmizləmədə ittiham etdilər və bu gün də saxta xəbərlər, təhdidedici informasiyalar işıqlandırılır. Son məsələdə də Azərbaycanı dost İsrail və qonşu İranla üz-üzə qoymaq cəhdi var idi. Ona görə də belə bir mərkəzin yaradılmasına ehtiyac var”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah bəzi bölgələrdə külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Next

Təhsil hər bir dövlətin gələcəyidir

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv