Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yenə bu nə kampaniyadır?

By Vüsal Rafiqoğlu
22.09.2024 3 Min Read

Bu polemikanı ilk kim başlayıb, məlum deyil, ancaq politoloq Ədalət Verdiyevin aşağıda iqtibas olunan paylaşımı onu daha da qızışdırıb.

Ə.Verdiyevin paylaşımı belədir: “Azad olunan ərazilərdə dövlət tərəfindən vətəndaşlara verilən evlərin qazanc məqsədilə kirayə verilməsinin qarşısı alınmalıdır. Bu evlər geri alınmalı və ehtiyacı olanlara paylanmalıdır”.

Qulağa da, gözə də xoş gəlir, elə deyilmi?

Görünür, elə buna görə bu postu 13 saatın içində 505 adam bəyənib. Üstəlik, 7 nəfər bunu re-post edib, təkrar paylaşıb – dahiyanə bir təklif imiş kimi.

Bu onun göstəricisidir ki, politoloqun bu fikri çox adamın ürəyindən xəbər verib. Bu, köçkünlərə gerçək münasibətin əksidir.

Bəs Ədalət bəy belə bir mülahizə yürüdərkən nə qədər ədalətlidir?

Açıq görünür ki, bir çoxları “dövlət tərəfindən vətəndaşlara verilən evlər” ifadəsinə üç atmosferlik minnət yükləyirlər.

Dərindən düşünmək lazımdır. 1992-93-cü illərdə məcburi köçkünlər ona görə köçkün olmağa məcbur olmuşdular ki, dövlət onların mülklərini, evlərini, komalarını, yurdlarını qoruya bilməmişdi.

O zamanlar dövlət gücsüz, hakimiyyət zəif, düşmən qəvi və havadarlı idi, bu başqa söhbətdir. Fakt budur ki, dövlət öz ərazisini və əhalisini qoruya bilməmişdi və 700 min civarında insan bir günün içində çox şeyini, əsasən də başının üstündəki damı, ayağının altındakı torpağı itirmişdi.

Sonra bu insanlar məşəqqətli köçkün həyatı yaşadılar, birinci il yarım santimetr qalınlığı olmayan çadırlarda, sökük vaqonlarda, böyük ailə ilə dar-düdük yataqxana hücrələrində yaşadılar. İkinci il daha fərasətli olanlar çadır düşərgələrində özlərinin kərpicdən tikdikləri evlərə sığındılar.

5-10 il belə keçdi. 10 il boyunca bu adamların əsas söhbəti beləydi: “Deyirlər, gələn ay qayıdırıq”; “Sammit olacaq, ondan sonra torpaqları qaytaracaqlar”; “Ki-Uest görüşündən sonra…”; “İsveçrənin Jatoy qəsəbəsində danışılar gedir, deyəsən, qayıdırq”; “Lissabonda…”; “Moskvada…”: “Budapeştdə…” və sair və ilaxır. Bir çoxunun ömrü bitirdi, ümidləri bitmirdi.

Axırda ümidini doğma yer-yurdlarına qayıtmaqdan üzən adamlar çabalamağa başladılar, kimin gücü, imkanı çatırdı, ölkənin dörd bir tərəfində özünə şərait qurdu. Şansı gətirənlər, varlanananlar da oldu, özlərinə əvvəlkindən də yaxşı ev tikdilər.

Amma köçkünlərin tam əksəriyyəti yenə yataqxanalarda, köçkün düşərgələrində yaşamaqda davam edirdilər.

Hakimiyyət də gördü ki, insanlar pis şəraitdə yaşayırlar, münaqişənin sülh yolu ilə tənzimlənməsi təşəbbüsü də reallaşmır, əlində olan neft milyardlarının bir hissəsini köçkünləri məskunlaşdırmağa sərf etdi, Haramıda, İmişlidə, Biləsuvarda, Masazırda, Müşviqabadda, Qobuda, Zobucuqda, Quzanlıda, Bərdə civarında köçkün şəhərcikləri, fin qəsəbələri inşa etdi və bu binəsib insanları yerləşdirdi.

Sonra dövran yaxşı gəldi. 4 il əvvəl bu vədələr ordumuz ildırımsürətli müharibə ilə işğal altında olan rayonları azad etdi və məlum oldu ki, nə bayraq sancmağa bir dik tikili var, nə çadır qurmağa təhlükəsiz bir dərə. Hər şeyi sıfırdan başlamaq lazım idi.

Ona görə də köhnə şəhərlərin, kəndlərin yerlərini buldozerin qabağına verib düzlədilər, yeni yaşayış məntəqələrinin təməli qoyuldu və vaxtı çatanda həmin yaşayış massivlərinə insanların köçürülməsi başlandı. Proses davam edir.

Azad olunmuş torpaqlarda insanlara verilən evlər 30-31 il öncə öz əhalisini müdafiə edə bilməyən dövlətin çox gec olsa da, onlara dəymiş zərərin kompensasiyasıdır. Adamlara öz halal, dədə-baba mülklərini bir qədər başqa formada qaytarıblar. Bu evlər onlarındır.

Amma Ədalət Verdiyev təklif edir ki, əgər içində yaşamırlarsa, evlər onların əlindən alınmalıdır. Yəni bu adamlar təzədən məcburi köçkün olmalıdırlar.

Bu, ona oxşayır ki, məsələn, A. və ya Z. rayonunda zəlzələ olur, evlər dağılır, dövlət evsiz qalmış adamlara ev tikir, köçürür, yeni ev alanlardan bəziləri yaşayış yerini tərk etmək istəyəndə dövlət gəlib onun boğazına çökür ki, evi qaytar.

Bu evlər dövlətin deyil axı. Adamların evi vardı, ya zəlzələdən, ya vəlvələdən dağıldı, dövlət isə öz vəzifəsini yerinə yetirdi və evləri bərpa etdi, vəssalam. Adamların mülkiyyət hüququ bərpa olunandan sonra o istəsə həmin evi satar və ya kirayə verər.

Ondan da keçən yerdə, bildiyimə görə Qarabağdakı yaşayış massivlərinə köçən əhalinin tam əksəriyyəti yeni mənzillərində yaşayır. Çox az bir qism isə ya münasib iş tapa bilmədiyi, ya da dolanışıq və sağlıq problemi olduğu üçün ÖZ Evini kirayəyə verib. Bu, kütləvi səciyyə daşımır, olduqca azdır.

Ona görə də bir neçə faktı qabardaraq, ümumilikdə Qarabağa köç kampaniyasını gözdən salmaq, insanların haqsız-haqsız polemika aparması üçün material vermək düzgün deyil.

Bu 30 ildə qaçqın-köçkünlərin hansı əziyyətlər, iztirablar çəkdiyini yalnız o həyatı yaşayanlar bilər. Allah daha heç kəs elə bir həyat göstərməsin.

P.S. Ədalət Verdiyevin və digərlərinin paylaşımında bir ifadə də var: “qazanc məqsədilə”. Ölkənin qurtaracağındakı mənzilin kirayəsindən nə qazanc olacaq? Deyəsən, adamların ağlı şəhərin mərkəzində evlərini 3-5 min manata əcnəbilərə verənlərə gedir. Ağalıdakı mənzili kimsə uzağı 100 manata götürə bilər.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov ABŞ-a getdi

Next

Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana “belə yazma”, dedilər, XƏBƏRDARLIQ ETDİLƏR – FOTO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv