Azərbaycan dilinin öz imkanları hesabına masadar(ofisant), önürlük(qalstuk), hopmac(salfetka), yalınayaq(bosonojka), belçək (kolqotka), qabgah(servant) kimi yeni sözlər yaradılıb.
Bəs bu sözlərin ümumiişlək olması gözlənilirmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə bildirib ki, bu sözlər polot layihədir. 2026-cı ildə lüğətə salınıb salınmayacağı hələ məlum deyil:
“Bu, bir layihədir. Təhsil Nazirliyinin pilot layihəsi kimi orta məktəbdə tədris olunur. Bu sözlər hələki lüğətdə yoxdur.Uğurlu sözlər var, amma uğurlu olmayanlar da var. Yəni, bu bir seçimdir. 2026-cı ildə orfoqrafiya lüğəti çıxacaq. Layihə müəllifləri hesab edir ki, Təhsil Nazirliyinin layihəsi olduğuna və müəyyən məktəblərdə tədris olunduğuna görə işləklik qazanmalıdır. İşləklik qazaması üçün istifadəyə buraxılıb”.
