Türkiyə Azərbaycanla hər zaman birlikdə olacaq.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanın Müstəqilliyinin bərpası Günü münasibətilə “X” hesabındakı paylaşımında yazılıb.
“İki bədən, bir can: Türkiyə- Azərbaycan. Qardaş Azərbaycanın Müstəqilliyinin bərpası Gününü təbrik edir, Azərbaycan xalqını salamlayırıq. Yaşasın Türkiyə – Azərbaycan qardaşılığı”, – paylaşımda bildirilib.
