Ötən gün Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib.
Sonxeber.az-ın əldə etdiyi məlumata görə ölən şəxslər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Nur” çörək zavodunda işləyirmiş. Həyatını itirənlərdən biri Kürdəmir rayonunda yaşayırmış.
