Pensiyalar bu ay tez veriləcək – RƏSMİ

Pensiyalar bu ay tez veriləcək – RƏSMİ

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, ötən ay pensiyaların verilməsində müəyyən gecikmə olmuşdu.