Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Azərbaycan öz seçimini çoxdan edib”

By Vüsal Rafiqoğlu
25.02.2025 3 Min Read

Ekspert deyir ki, Bakı bir-biri ilə əks qütblərdə olan ölkələrlə əməkdaşlıq strategiyası qurub

Geosiyasi vəziyyət özü ilə yeni şərtlər gətirir. Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin bitəcəyi istiqamətində ABŞ-ın yeni prezidentinin atdığı addımlar Rusiyanın mövqelərinin güclənəcəyi barədə proqnoz verənlərin sayını artırıb. Dünyadakı başqa bir münaqişə ocağı Suriyada Bəşər Əsəd rejiminin çöküşündən sonra sabitləşmə prosesi başlayıb.

Türkiyədə Suriyanın nüfuzu güclənib. Siyasi analitiklər hesab edir ki, dünya miqyasında gedən bu kimi proseslər Cənubi Qafqaz ölkələrinin də oriyentasiyasına təsirini göstərəcək. Uzun illər ərzində Cənubi Qafqaz regionu dünyanın ən parçalanmış regionlarından biri kimi nəzərə çarpıb. Belə ki, bölgənin üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçdilər ki, bu da kiçik bir regionda NATO, KTMT, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi, vahid gömrük məkanı, eləcə də üçüncü yolun tərəfdarlarının yaranmasına səbəb oldu. Bu vəziyyət həm yaxın, həm də uzaq qonşular, eyni zamanda nüfuzlu güc mərkəzləri olan xarici oyunçuların regional konfiqurasiyalarda iştirakına şərait yaratdı. Gürcüstan uzun müddət Qərb vektorunu seçdi. Ermənistan isə Nikol Paşinyan hakimiyyətə gələnədək birmənalı olaraq Rusiyanın müttəfiqi rolunu üzərinə götürmüşdü. Ancaq Paşinyanın gəlişi ilə bu müttəfiqlik zədələnmə dövrünə qədəm qoydu. Rusiyanın Ermənistanda zəifləməkdə olan yerini ABŞ, Fransa, Avropa İttifaqı tutmağa başladı. Lakin bununla belə, Ermənistanı Rusiyadan tam qopmuş da hesab etmək olmaz.

Ermənistan Qərbə yaxınlaşıb Rusiyadan məsafə saxladıqca qonşusu Gürcüstanda son illərdə əks proses gedir. Gürcüstanda Qərblə soyuq münasibətləri olan siyasi qüvvə hakimiyyətə gəldi və artıq bəllidir ki, Qərb-Gürcüstan münasibətləri özünün gərgin dövrünü yaşayır. Gürcüstan hökuməti son bir həftədə Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlı olduqları barədə bəyanatlar verir.

Qərb-ABŞ və Aİ region ölkələri ilə situasiyalara uyğun münasibətlər qurdu, lakin zəmanətli heç nə təklif edə bilmədi, yalnız Gürcüstanın və Ermənistanın Aİ ilə assosiasiya sazişi imzalamasına müvəffəq oldu. Azərbaycana isə ümumiyyətlə heç nə verə bilmədi. Ermənistanla sülh sazişinin imzalanmasına töhfə verəcəyi ümidləri də heçə endi.

Rusiyanın mövqelərinin son zamanlar güclənməyə başlaması, xüsusən Ukrayna cəbhəsində güclənməsi fonunda isə region ölkələri seçim etmək məcburiyyəti qarşısında qala bilərlər. Region ölkələrinin gələcək seçimləri nə ola bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə Cənubi Qafqazın üç ölkəsi arasında ən yaxşı durumda olanı Azərbaycandır: “Çünki Azərbaycan dövləti müstəqil siyasət yürüdən dövlətdir və bunu sübuta yetirib. Azərbaycan öz seçimini çoxdan edib. Bu seçim milli dövlət maraqlarına uyğun xarici siyasət xəttinin dövlət siyasətinə çevrilməsidir. Azərbaycan bütün qütblərlə bərabərhüquqlu əməkdaşlıq münasibətlərində maraqlı olduğunu təsdiqləyib. Azərbaycan dövlətlərlə həm ikitərəfli, həm də müxtəlif təşkilatlar daxilində çoxtərəfli əməkdaşlıq, müttəfiqlik münasibətlərindədir. Bu sırada bir nömrəli müttəfiqimizin Türkiyə olduğu hər kəsə məlumdur və artıq bunu bizi istəyən tərəflər, istəməyən tərəflər də təbii qəbul edirlər. Azərbaycan və Türkiyə bütün fəaliyyət sahələrini əhatə edən müttəfiqlik münasibətlərini Şuşa Bəyanaməsi ilə rəsmiləşdirib”.

Ekspertə görə, Azərbaycanın müstəqil siyasəti bir-biri ilə ziddiyyətdə olan dövlətlərlə əlaqələrin qurulmasına, inkişafına şərait yaradıb: “Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin necə uzaqgörən olduğu bir daha təsdiqlənir. Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətləri haqqında müqavilə imzlayır, eyni zamanda ABŞ-la, Avropa İttifaqı ilə əlaqələrini genişləndirir. Tərəflərin hər biri Azərbaycanın müstəqil siyasət yürüdən ölkə olduğu faktını nəzərə alıb bunu təbii qarşılayırlar. Azərbaycan İsraillə müttəfiqlik münasibətlərini dərinləşdirən addımlar atır, eyni zamanda qonşu İran dövləti ilə əməkdaşlıq münasibətlərini davam etdirir və bunda maraqlı olduğunu göstərən addımlar atır. Azərbaycanın bir dövlətlə əməkdaşlığı həmin dövlətlə gərginlik yaşayan dövlətə qarşı deyil. Ona görə də Azərbaycanın müstəqil siyasəti qəbul edilir və Azərbaycanın böyük uğurlarından biri də budur. Azərbaycan qonşu Gürcüstanla da müttəfiqlik əlaqələrini daim davam etdirir. Gürcüstanın yönünün hansı istiqamətə olması Azərbaycanın Gürcüstanla münasibətlərinə təsir göstərmir”.

Ekspert qeyd etdi ki, qütblər arasında seçim etmək məcburiyyəti qarşısında Ermənistan və Gürcüstan uzun illərdir qalıb: “Bu iki qonşu dövləti üzləşdikləri vəziyyət çətinliklərlə üz-üzə qoyur. Rusiyanın mövqelərinin güclənməsi halında onların durumu bir qədər qəlizləşə bilər. Çünki Rusiyanın onlara şərtləri ciddiləşəcək – ya Rusiya, ya da Qərb seçimi. Seçimin ikinci olması güclənmiş Rusiyanın həmin ölkəyə necə münasibət göstərəcəyini indidən göz önünə gətirir. Cənubi Qafqazda nüfuz uğrunda dünyanın güc mərkəzlərinin mübarizəsi qarşıdakı dövrdə daha da şiddətlənəcək. Müstəqil siyasət belə vəziyyətdə Azərbaycanın əsas immunitetlərindəndir”.

Yazını hazırladı: Etibar SEYİDAĞA

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ADSEA şaxtalı günlərdə abonentlərə belə xidmət göstərir – VİDEO

Next

DYP yollarda buzlanma ilə bağlı MÜRACİƏT ETDİ

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv