Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanlılar niyə dənizdə batır? – 7 gündə 7 nəfər çimərliklərdə boğulub!

By Vüsal Rafiqoğlu
28.07.2025 2 Min Read

Xəzərdə hər yay təkrarlanan faciə bu yay da davam edir. İyulda, avqustda dəniz sahilləri təkcə istirahət deyil, həm də göz yaşı yerinə çevrilir.

Son bir həftədə 7 nəfərin meyiti sudan çıxarılıb. Bu, yalnız bir həftədə yaşanan faciədir.

Amma yayın ötən günlərini təhlil etsək, ölüm statistikası daha da artar.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yalnız ötən həftə ərzində 15 nəfər dənizdə batma təhlükəsindən xilas edilib, 7 nəfərin meyiti isə sudan çıxarılıb.

Bu rəqəmlər bir həftəyə aiddir. Yay mövsümünün əvvəlindən bu yana baş verən boğulmaların sayını nəzərə alsaq, mənzərə daha da ağır görünür. Bu, artıq fərdi səhlənkarlıq, ictimai məsuliyyətsizlik və sistemli problemlərin nəticəsidir.

Bu gün dənizdə boğulma halları əsasən rəsmi qeydiyyatdan keçməyən, xilasetmə xidməti olmayan çimərliklərdə yaşanır. Xəzərin Abşeron sahillərində onlarla belə yer var. Türkan, Şıx, Pirşağı, Mərdəkan, Buzovna, Zağulba qəsəbələrinin ərazisindəki qeyri-rəsmi çimərliklərdə nə xilasetmə qülləsi var, nə də peşəkar nəzarət. İnsanlar isə bu yerlərə daha çox axışır. Belə çimərliklər həm pulsuzdur, həm də sıxlıq azdır. Ancaq nəticə odur ki, boğulan zaman kömək edən olmur.

Boğulanların əksəriyyəti üzməyi ya tam bacarmayanlardır, ya da özünü olduğundan güclü hesab edənlər. Çox vaxt dənizin içərilərinə qədər gedirlər. Amma bir dalğa geri dönüşü alt-üst edir. Suyun burulğanı, dərinlik dəyişməsi faciəyə çevrilir.

Yay istisində çimərliyə içki ilə gələnlər də az deyil. Spirtli içkinin təsiri altında dənizə girmək həm koordinasiya, həm də özünə nəzarət itkisinə səbəb olur. Təəssüf ki, bu hal bəzi hallarda boğulmalara yol açır. Üstəlik, valideynlər çox zaman azyaşlı övladlarını sahildə nəzarətsiz buraxır. Bu, çimərlikdə uşaq boğulmalarına səbəb olan başlıca faktorlardandır.

Bəzi qeyri-rəsmi çimərliklərdə xilasedici olsa belə, onların texniki təchizatı çox vaxt yetərsiz olur. Nə sürətli kater var, nə tibbi yardım çantası. Telefonla “112”yə zəng ediləndə isə əksər hallarda vaxt çox itirilmiş olur. Dənizdə batmaq isə saniyələrlə ölçülür.

Mütəxəssislər deyirlər ki, vətəndaşlar rəsmi qeydiyyatdan keçmiş çimərliklərə üstünlük versələr, durumu nisbətən dəyişmək olar.

Maraqlıdır ki, digər ölkələrdə, məsələn elə Türkiyədə çimərliklərdə boğulma halları daha azdır. Rəsmi çimərliklərdə hər 100-150 metrdən bir xilasedici qüllələri var, xüsusi xəbərdarlıq bayraqları və kameralar işləyir.

Avstraliyada xüsusi sahil patrulları 24/7 rejimində fəaliyyət göstərir, dron nəzarəti və hətta boğulanlara uzaqdan üzmə cihazı atmaq üçün robot qurğular mövcuddur.

Avropa ölkələrində çimərliklərdə yalnız rəsmi zonalarda üzməyə icazə verilir, qaydanı pozanlara sərt cərimələr tətbiq olunur.

Bu nümunələr göstərir ki, boğulmalarla mübarizə təkcə fərdi məsuliyyətlə deyil, güclü dövlət nəzarəti və texnoloji imkanlarla mümkündür.

Türkiyə və Yunanıstan kimi ölkələrdə hasarlanmış üzmə zonaları geniş yayılıb və bunun boğulma riskini xeyli azaltdığı bildirilir.

Avstraliya və Yaponiyada isə bu, başqa üsulla üzmə koridorları və sahildən uzaqdan nəzarət dronları vasitəsilə həll edilir.

Azərbaycanda Xəzərsahili ərazilər başdan-başa hasarlanıb, ələ keçirilib. Lakin sahilboyu ərazilərdə, qeyri-rəsmi çimərliklərdə təhlükəsizlik nəzərə alınmayıb. Odur ki, hər yay eyni faciəyə şahidlik edirik.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İmtahan fırıldağı: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i

Next

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət etdi – VİDEO

Xəbər lenti

  • Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü – VİDEO 12.07.2026
  • Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir 12.07.2026
  • Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib 12.07.2026
  • Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib 12.07.2026
  • Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏYENİLƏNİB 12.07.2026
  • Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq 12.07.2026
  • IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər 12.07.2026
  • Maşın yağı niyə bahalaşıb? 12.07.2026
  • Sabah çimərliklərdə isti olacaq 12.07.2026
  • Sabah rayonlarda 39 dərəcə isti olacaq 12.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 12.07.2026
  • Pensiyalar nə vaxt veriləcək? – TARİX AÇIQLANDI 12.07.2026
  • Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb 12.07.2026
  • Tovuz döyüşlərindən 6 il keçir 12.07.2026
  • Bakıda güclü külək – sürəti 17 m/s-yə çatır 12.07.2026
  • Güclü yağış daşqına səbəb oldu – Küçələr su altında 12.07.2026
  • Hacıqabulda yol qəzasında yaralananların son durumu 12.07.2026
  • Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib 12.07.2026
  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv