Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır – Səbəb

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır – Səbəb

Kolumbiyanın yeni seçilən prezidenti Abelardo de la Espriella 14 ölkədəki səfirliklərin bağlanacağını bildirib.

Musavat.com xəbər verir ki, o, “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb ki, ölkəsinin Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərinin fəaliyyətini dayandıracaq.

Azərbaycan diplomatik mənbələri bu açıqlamanı şərh etməyiblər.

Milli Məclisin deputatı Zaur Şükürov isə Musavat.com-a şərhində bildirib ki, diplomatiyada müəyyən maliyyə məsələləri ilə bağlı dövlətlərin xarici ölkələrdəki səfirliklərinin sayını azaltması kimi praktika mövcuddur: “İnkişaf etmiş dövlətlərin də təcrübəsində bu hal mövcuddur. Kolumbiyanın Azərbaycanda səfirliyini bağlamaq təşəbbüsünün ikitərəfli münasibətlərdən qaynaqlanan məsələ olduğunu düşünmürəm. Belə təcrübə də mövcuddur ki, bu və ya digər dövlətlər müəyyən müddət keçdikdən sonra qərarlarına yenidən baxaraq, səfirliklərinin fəaliyyətini qismən bərpa edirlər”.

Qeyd edək ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. 2014-cü ildən Azərbaycanın Kolumbiyada diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Elə həmin ildən Kolumbiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.