Nəriman Həsənzadənin son durumu AÇIQLANDI

Nəriman Həsənzadənin son durumu AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb.

Bu barədə Oxu.Az-a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib.

O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib.

“Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar”, – Nazim Həsənzadə deyib.