Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

ARANTV.AZ  xəbər verir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.