Mərc dərəsi Babadağ ətrafındakı dağlıq relyefin bir hissəsi kimi tanınır. Ərazi İsmayıllı rayonunun şimal hissəsində, Burovdal kəndi ətrafında, Babadağ silsiləsinin ətəklərində yerləşir.
Burovdal kəndi rayonun şimal istiqamətində sonuncu kəndlərindən biridir və dəniz səviyyəsindən təxminən 1634 metr yüksəklikdədir. Burovdal–Qurbangah–Babadağ istiqamətindəki marşrutun uzunluğu təqribən 31,53 km, yürüş məsafəsi 8,38 kilometrdir. Ərzaiyə Lahıc–Burovdal tərəfdən çıxışlar mövcuddur. pizza
Əraziyə gedən yolda rayon camaatı üçün yaylaqlar da mövcuddur. Yolüstü heyvan sürüsü ilə də qarşılaşa bilərsiniz.
Mərc dərəsinə və Babadağ kanyonuna səyahət etmək istəyənlər üçün adi avtomobildən daha çox yolsuzluq avtomobili və təcrübəli bələdçi uyğun seçimdir. Müəyyən məsafədən sonra kanyonun daxilində relyefə uyğun olaraq piyada hərəkət tələb olunur.
Mərc dərəsinin əsas özəlliyi onun kütləvi turizm marşrutlarından uzaq qalmasıdır. Ərazi daha çox dağ yürüşü, off-road və təbiət həvəskarlarının diqqətini çəkir./yenisabah/










