Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda tədbirlərdə iştirak ediblər
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində bir sıra mühüm sosial, turizm və mədəniyyət obyektlərinin təməlqoyma, eləcə də açılış mərasimlərində iştirak ediblər.
Səfər zamanı dövlət başçısı və birinci xanım bölgənin turizm potensialının artırılmasına xidmət edəcək yeni hotel kompleksinin təməlini qoyub, baş planın təqdimatında iştirak ediblər. Eyni zamanda, Naxçıvanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq sosial evlər kompleksinin də təməlqoyma mərasimi baş tutub.
Mədəni-tarixi irsin qorunması və təbliği istiqamətində atılan addımlar çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyeva memar Əcəmi Naxçıvaninin abidəsinin təntənəli açılışını reallaşdırıblar. Prezident İlham Əliyev və Mehriban Əliyeva Şərq memarlığının möhtəşəm abidələrindən sayılan Möminə Xatun türbəsində aparılan bərpa və yenidenqurma işlərinin gedişatı ilə tanış olublar.
Musavat.com







