Azərbaycanın ən gənc general-leytenantı oldu

Azərbaycanın ən gənc general-leytenantı oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.

General-leytenant ali hərbi rütbəsi verilən hərbçilərimizdən biri Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur.

O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. B.Ələkbərov Vətən müharibəsinin iştirakçısıdır.

Bu ilin dekabr ayında 39 yaşı tamam olacaq Babək Ələkbərov Azərbaycanın ən gənc general-leytenantıdır./unikla/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir