Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hospitalını və hərbi hissələrini ziyarət edib

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hospitalını və hərbi hissələrini ziyarət edib

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib.

ARANTV.AZ  xəbər verir ki, ziyarətçilər görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs edib, habelə hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıb.

Ardınca, hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir