Kartdan-karta köçürülmələrə qoyulan limit BU KARTA AİD DEYİL

Kartdan-karta köçürülmələrə qoyulan limit BU KARTA AİD DEYİL

“Unibank” kartdan-karta köçürülmələrə qoyulan məhdudiyyəti yumşaldıb.

ARANTV.AZ xəbər verir ki, bank biznes kartlarına köçürülmələrə qoyulan limiti ləğv edib.

Bildirilib ki, gündəlik 5 köçürmə və aylıq 20 min manat limiti biznes kartlarına şamil edilmir.

Qeyd edək ki, Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq olunub.

Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir