Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
ARANTV.AZ  “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir