Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı – rəqəmlər açıqlandı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı – rəqəmlər açıqlandı

İyul ayında Gürcüstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 7 milyon dollara çatıb.

ARANTV.AZ  xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.

Gürcüstandan Azərbaycana göndərilən pulun həcmi əks istiqamətdə həyata keçirilən köçürmələri təxminən iki dəfə üstələyib. Belə ki, iyul ərzində Azərbaycandan Gürcüstana 3,55 milyon dollar göndərilib.

Ümumilikdə isə iyul ayında xarici ölkələrdən Gürcüstana 350,05 milyon dollar həcmində pul köçürməsi daxil olub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir