Süleymanlı Nail Səfər oğlu 23 may 2003-cü ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. 2009- cu ildə Z.Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 2020-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 2023-cü ilin yanvar ayında ehtiyata buraxılıb. Ehtiyata buraxıldıqdan bir müddət sonra yenidən ordu sıralarında MAHXHQ kimi xidmətə başlayıb.
2023-cü il 19 sentyabrda Lokal Antiterror əməliyyatında Xankəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub. Qax rayonunun Qaşqaçay kəndində dəfn olunub.
Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Kərimov Elnur Adil oğlu 1994- cü il aprelin 20-də Qax rayonu Almalı kəndində anadan olub. İlk təhsilini Almalı kənd tam orta məktəbində alıb . 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2013-cü ilin oktyabr ayında ehtiyata buraxılıb. 2023-cü ilin may ayında Hərbi Dəniz Qüvvələrində MAHHXHQ kimi xidmətə başlayıb.
2023-cü ilin sentyabrın 19-da Lokal Antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Almalı kəndində dəfn olunub.
Ailəli olub. 1 övladı var. Allah şəhidlərimizə rəhmət eləsin.


