Qax rayonunda “Sülh aylığı” çərçivəsində “Sülh gələcəyimizin təminatıdır” mövzusunda maarifləndirici görüş keçirilib.

Qax rayonunda “Sülh aylığı” çərçivəsində “Sülh gələcəyimizin təminatıdır” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş 21 sentyabr 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qax rayonu üzrə gənclər və idman sektorunun inzibati binasında təşkil olunub.

Tədbirdə çıxış edən Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib. Sülhün cəmiyyətin inkişafında rolu, qarşılıqlı hörmət və anlayışın əhəmiyyəti barədə məlumat verilib. Görüş zamanı iştirakçılara sülh mədəniyyətinin formalaşdırılması, müxtəlif fikirlərə hörmətlə yanaşılması və münaqişələrin dinc yollarla həllinin vacibliyi izah edilib.

Tədbirin təşkil olunmasında əsas məqsəd gənclər arasında sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təbliği, sülh mədəniyyətinin formalaşdırılması və iştirakçıların bu istiqamətdə maarifləndirilməsidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir