Bəs bağlarda yayılan göbələk xəstəliyinə yoluxmuş almaların insan sağlamlığı üçün hər hansı zərəri varmı?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Ölkə.az-a bildirib ki, göbələk xəstəlikləri son dövrlərdə geniş yayılıb.
Onun sözlərinə görə, ümumiyyətlə, havaların rütubətli və nəm keçməsi həm bitkilər, həm də tərəvəzlər arasında bu xəstəliklərin artmasına səbəb olur:
“Bu xəstəliklərlə mübarizə aparmaq o qədər də asan deyil. Lakin kəndlilər və fermerlər aqrotexniki qaydalara əməl etməlidirlər ki, bitkilərin immun sistemi möhkəm olsun, onlar xəstəliklərə və digər stress amillərinə qarşı daha dözümlü olsunlar.
Əgər belə hallar baş verirsə, əlbəttə, onların vurduğu ziyanın kompensasiya olunması barədə düşünülməlidir.

Göbələk xəstəliklərinin insan orqanizminə heç bir zərəri yoxdur. Bitkilərdə yaranan bu xəstəliklər insana keçmir və sağlamlıq üçün təhlükə yaratmır. Onlar məhsulu xarab edir, məhsulun əmtəə görünüşünü korlayır, lakin insan üçün təhlükəli hesab edilmir.
Məsələn, göbələk xəstəliyinə tutulmuş alma emal müəssisələri tərəfindən qəbul edilərsə, xəstəliyin yaratdığı çürümə və ya zədələnmiş hissələr kəsilərək ayrılır, daha sonra məhsul emal olunur. Yəni bu cür xəstəliklərin insan orqanizminə birbaşa zərəri yoxdur”.
Həmidə İbrahimova

